Gürcüstan prezidenti Giorgi Marqvelaşvili 2018-ci il 28 oktyabr
prezident seçkilərində artıq səs verib.
"Mən hamının prezidenti olacaq namizədə səs verdim.
Gürcüstanın bütün vətəndaşlarının prezidenti olmaqdan qorxmayacaq
və əsrlər boyunca möhtəşəm tarixi, eləcə də ötən illərin möhtəşəm
qəhrəmanlığı olan xüsusi silahlı qüvvələrin sərkərdəsi olacaq. Bu
sərkərdə bu qəhrəman millətin, bizim silahlı qüvvələrin başında
durduğuna görə qürur duyacaq" - deyib seçki
məntəqəsinə getmiş Giorgi Maravelaşvili jurnalistlərə.
Bu gün, 28 oktyabrda Gürcüstanda sonuncu dəfə Gürcüstan prezidenti
birbaşa qayda ilə seçilir. Vətəndaşlar 25 namizəd arasından seçim
etməli olacaqlar. Seçki məntəqələri saat 8-dən açılıb və saat
20:00-a kimi açıq olacaq.