Rəhbərliyin sözlərinə görə Marneulinin ictimai nəqliyyatı texniki nəzarətdən uğurla keçib
Avtomobilin texniki baxışı Gürücstanda
qeydiyyatda olan bütün avtomobillər üçün məcburi olub. Marneulidə
texniki baxış üzrə 2 mərkəz fəaliyyət göstərir (Candar məntəqəsi və
Tamarisiyə gedən yol).
"Marneuli" radiosu mərkəzlərdən birinə getdi.
Deyə bilmərik ki, avtomobillərin sırası dururdu, biz getdiyimiz
zaman yalnız bir nəfərin avtomobili texniki baxışdan keçirdi. Kiçik
səhvə görə texniki baxışdan keçə bilmədi. Ancaq tez zamanda
düzəltdi və geriyə daha bir cəhd üçün qayıtdı.
Marneulinin texniki baxış xidmət mərkəzinin meneceri Qoqoa
Qoqatişvili deyir ki, 1 yanvardan əhalinin sayı artıb. Gün ərzində
təqribən 25 avtomobil gətirirlər. Bunun təqribən 5-i texniki
baxışdan keçə bilmir. Əksər halda əyləclərin idarə olunmaması və
səsboğana görə keçə bilmirlər. Qoqatişvili deyir ki, xüsusi sənəd
almaq üçün hansı meyarları qane etməlidir.
"Əzilmiş, qəzalı olmamalıdır, başqa bamper istifadə
olunmamalıdır, işıqlar hamısı işləməlidir, tüstü təmiz olmalıdır,
əyləc işləməlidir, əsasən bunlardır. Qabaq şüşəsilənin su vuranı
işləməlidir" - Qoqoa Qoqatişvili.
Marneuli Bələdiyyəsində demək olar ki, yetərli dərəcədə köhnə
ictimai nəqliyyat hərəkət edir. Əhalinin kəndlərə aparılması və
şəhərdə hərəkətini iki şirkət təmin edir. "Avtopark" MMC
bələdiyyənin balansındadır və özəl şirkət “Ekspress Turist” MMC.
Hər iki şirkətin direktoru təsdiq edir ki, onların avtomobilləri
texniki baxışdan artıq keçiblər.
"Bizim maşınlar hər zaman texniki baxışdan keçirdilər,
indi də keçiblər, başqa cür yola çıxmaq olmaz" -
deyir "Avtopark" MMC-nin direktoru Qiqa Calağniya.
"Heç nə xarab deyil, hər şey qaydasındadır və hərəkət
edirlər. Hamısı texniki baxışdan keçib. Bir və iki nömrəli xətt
üzrə işləyən bütün maşınlar keçib, yoxsa necə olardı, cəriməsi 50
laridir" – deyir "Ekspres Turist" MMC-nin
direktoru.
İctimai nəqliyyatın direktorlrından fərqli olaraq Marneuli əhalisi
tam başqa fikirdədir. Onlar Nəqliyyatın idarə olunmamasının bir çox
hallarını xatırlayırlar – döşəmənin çökməsi, qapıların xarab
olması, oturacağın olmaması. Şübhə edirlər ki, hər gün istifadə
etdikləri nəqliyyat texniki baxışdan keçmiş olsun. İkinci məsələ
sərnişinlərin hüququnun pozulmasıdır və bu gündəlik problemdir.
Texniki çatışmamazlığa sərnişinlərin hüququnun pozulması da əlavə
olunur. Oturacaqlarda oturanlardan çox ayaqda duran əhalinin sayı
artıqdır. Bu isə xoşagəlməz qoxu, toz və qapalılıq yaradır.
"Təxminən saat 7 idi, soyuq idi, qapı düşmüşdü, qapını
örtdükdə açmaq üçün sürücü düşüb çöldən açmalı olurdu. İçəridən
açılmırdı. Buna görə də açıq qoyurdular, sərnişinlərdən kimsə
tuturdu, mən də tutmalı oldum, əllərim donurdu. Belə maşın heç cür
keçə bilməz. Mən özümü biləndən bu maşın işləyir" -
Marneuli sakini.
"Nə qədər təhlükəsizdir bilmirəm, amma çox çirklidir.
Oturacağı olmayan maşınla da qarşılaşmışam. Yediklərinin zibilini
tökürlər, basa-bas olur. Sürücülər təmizliyə diqqət yetirmirlər.
Texniki baxış haqda bilmirəm" - Marneuli sakini.
Avtomobilin texniki baxışı assosiasiya müqaviləsi ilə nəzərdə
tutulub və Gürcüstan mütləq bunu yerinə yetirməlidir. Maşınların
mərhələli yoxlanılması Gürcüstanda 2018-ci ilin 1 yanvarından
başlayıb. 2019-cu ilin 1 yanvarından isə bütün avtomobillər üçün
məcburi oldu. Texniki baxışın yekun müddəti avtomobilin qeydiyyat
tarixinə və aya uyğun müəyyən edilir.
Yüngül avtomobilin texniki yoxlayışı 60 laridir. Statistik
göstəricilərə əsasən Gürcüstan 2018-ci ilin 1 yanvarından 2019-cu
ilin 8 yanvarına qədər texniki baxışdan cəmi 138 503 avto nəqliyyat
vasitəsi keçib. Bunun 95 580 qaydasındadır, 39 304
problemlidir.
Qeyd edək ki, avtomobil sürücüləri öz maşınlarını təkrar
yoxlayışdan keçirə bilrələr.