Gürcüstan Parlamentinin üzvləri Azərbaycanda rəsmi səfərdədirlər
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze
və Parlamentin üzvləri Ruslan Hacıyev, Zviad Dzidziquri, Mahir
Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev,
Gürcüstan Parlamentinin Ofis rəhbəri Qivi
Mikanadze Azərbaycanda Rəsmi səfərdədirlər.
Marneulinin Majoritar deputatı Ruslan Hacıyev "Marneuli" radiosu
ilə müsahibəsi zamanı qeyd etdi ki, Azərbaycan və Gürcüstan dost
ölkələrdir. Hacıyevin sözlərinə görə, bu səfər hər iki ölkənin
inkişafına və ölkələrarası əlaqələrin möhkəmlənməsinə imkan
yaradacaq.
"Gürcüstan Parlamentinin sədrinin başcılığı ilə
Azərbaycan respublikasına geniş tərkibli rəsmi səfərimiz bu gündən
etibarən başlayıb. Səfərin uğurlu və səmərəli olacağına inanırıq.
Gürcüstan və Azərbaycan strateji və dost ölkələrdir. Bu səfər
əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə təkan verəcəyinə
əminəm" - Ruslan Hacıyev dedi.
Qeyd edək ki, İrakli Kobaxidze görüş çərçivəsində Azərbaycanın
prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və Baş
nazir Novruz Məmmədovla görüşəcək.
Qobaxidze səfər zamanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.