2021-ci ilin göstəricilərinə görə, Marneuli bələdiyyəsi miqyasında
222 evsiz ailə qeydiyyatdan keçib.
Onlardan hazırda 31-i yaşayış yeri ilə təmin olunub. 191 ailə isə
hələ də evsiz statusu daşıyır. Xalq Müdafiəçisi Aparatının Kvemo
Kartli ofisinin baş mütəxəssisi, Gürcüstan Xalq Müdafiəçisinin
Kvemo Kartli üzrə nümayəndəsi İrma Mçedlidze “Marneuli” radiosu ilə
söhbəti zamanı Xalq Müdafiəçisinin 2021-ci il hesabatı ilə əlaqədar
bildirdi ki, Marneulidə indiki mərhələdə sosial mənzil fəaliyyət
göstərmir.
“2015-ci ildə Marneulidə 222 evsiz ailə qeydiyyatdan keçib.
Onlardan 31 ailə yaşayış yeri ilə təmin edilib. Hazırda 191 ailə
siyahıdadır. Ancaq qeyd etmək istəyirəm ki, bu məsələ, belə siyasət
mənzillə təmin edilmə istiqamətində şəxsi öhdəliklərinin xüsusi
ehtiyatla həyata keçirilməsi deməkdir. Həmin şəxslər, 31 ailə,
təxminən 2017-ci ildə bu baş verib, icazəsiz şəkildə yaşayış
sahəsini tutmuşdular. Sonra 2021-ci ilin sonunda İqtisadiyyat
Nazirliyi, Marneuli meriyası tərəfindən həmin ailələrə mənzil
verildi.
Bu, əlbəttə, xoşdur, amma belə siyasət müəyyən risklər daşıyır.
Onlar formal olaraq icazəsiz daxil olmaqla öz mənzil hüquqlarını
həyata keçiriblərsə, belə siyasət onlara formal olaraq müəyyən
qanuna zidd fəaliyyətlər etməyə təkan verir. Məsələn, özünə yardım
məqsədi ilə başqasının əmlakı olan daşınmaz əmlakı tutmaq, amma bu
əlbəttə düzgün dövlət yanaşması və düzgün siyasət ola
bilməz”.
İrma Mçedlidzenin sözlərinə görə, Gürcüstan miqyasında mənzillə
təmin etmə ilə bağlı vahid yanaşma yoxdur. Misal üçün, Rustavidə
mənzil almaq üçün şəxs Sosial Xidmət Agentliyindən 150 000 balı
almış olmalıdır, bu zaman Kutaisidə balın miqdarı 200 000, Qoridə
isə 100 000 olmalıdır.
Xalq Müdafiəçisi dövlətə mənzillə təmin etməklə əlaqədar vahid
yanaşma hazırlamaq tövsiyəsini verib.