Ambisiyam yoxdur, amma hər şey mümkündür – “VMH”-ın Marneuli təşkilatında hansı dəyişikliklər gözlənilir
“Vahid Milli Hərəkatın” sədr seçkilərində Levan Xabeişvili qalib gəlib.

Xabeişvilinin qələbəsi ilə bağlı “Marneuli” radiosu VMH-ın Marneuli Rayon təşkilatının nümayəndəsindən müsahibə alıb. Laşa Kveladze bizimlə söhbəti zamanı bildirdi ki, Vahid Milli Hərəkatın nümayəndələri partiya üçün mühüm qərar qəbul ediblər və dəyişiklikləri dəstəkləyiblər.

“Vahid Milli Hərəkatın dəstəkçiləri partiya üçün çox mühüm qərar qəbul ediblər və dəyişiklikləri dəstəkləyiblər, bu hörmətə layiqdir!

İndi danışmaq əvəzinə iş görmək zamanıdır. Mixeil Saakaşvilini siyasi əsirlikdən azad etməliyik və bu müharibədə Marneuli mübarizə avanqardında olacaq”, – VMH-nın Marneuli rayon Təşkilatının rəhbəri Laşa Kveladze bildirdi.

Seçkilərdə Levan Xabeişvilinin qələbəsi barədə ilk şərhi Marneuli Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat” partiyasından seçilmiş üzvü Nərgiz Əliyeva şərh verdi. O, bildirdi ki, seçkilərdə Kvemo Kartlidən, xüsusilə də Marneulidən böyük fəallıq göstərilib.

“Seçicilərin əksəriyyəti Levan Xabeişvilini dəstəklədi və bu bugünkü nəticələrdə də özünü göstərdi. Əlbəttə, seçkilər prosesində müəyyən çatışmazlıqlar da var idi. Bu qeydiyyat və səsvermə prosesinə də aiddir. Amma biz mərkəzi, eləcə də yerli ofisdə bu çatışmazlıqları aradan qaldırmaq üçün birlikdə işləyirdik. Bizim yeni komandadan, yeni sədrdən böyük gözləntilərimiz var. İlk növbədə, bizim məqsədimiz Mixeil Saakaşvilini azad etməkdir. Xabeişvilinin əsas prioriteti və strategiyası bugünkü hakimiyyətlə VMH-nın gücləndirilmiş mübarizəsidir. Əsas məqsədə çatmaq mənbəyi isə gənclərin partiya fəaliyyətinə maksimum qoşulmasıdır. Əlbəttə, bu seçkilərdə hamının öz favorit namizədi var idi, ancaq bu demək deyil ki, biz birlikdə işləməyəcəyik”.

Nərgiz Əliyeva “Vahid Milli Hərəkatın” Marneuli Rayon Təşkilatında gözlənilən mümkün dəyişikliklərlə bağlı da danışdı və bildirdi ki, dəyişikliklər tək Marneulidə deyil, bütün Gürcüstan miqyasında olacaq.

“Rayon Təşkilatlarında problem yalnız Marneulidə deyil, bütün Gürcüstanda idi. İnfrastruktur və menecment problemi hər yerdə var idi. Özünüz də bilirsiniz ki, Marneulidə bu problemlərin pik nöqtəsi idi, çünki Marneulidə menecment proseduru heç də yaxşı səviyyədə deyildi. Mərkəzi, eləcə də Rayon Təşkilatlarında da yenidən təşkilatlanma və dəyişikliklər olacaq. Bu gün Marneulidə praktiki olaraq qərargah sədrimiz əhalini səfərbər edəcək, bizim regionda dəyişiklik edəcək menecerlərimiz yoxdur. Mən düşünürəm ki, bu problem həll olunacaq və yalnız Marneulidə deyil, bütün Gürcüstanda bizim partiya yeni güc, köhnə dəstəkçilərlə birlikdə ölkənin yaxşı gələcəyi üçün mübarizə aparacaq”.

“Marneuli” radiosunun Rayon Təşkilatına rəhbər olmağı planlaşdırıb-planlaşdırmaması ilə bağlı sualına cavab olaraq Nərgiz Əliyevanın bildirdi ki, indiki mərhələdə onun heç bir ambisiyası yoxdur. Eləcə də qeyd etdi ki, o, bu mövzuda hələ heç nə deyə bilməz, ancaq hər şey mümkündür.

Digər namizədlər artıq Levan Xabeişvilini partiya sədri seçkilərində qalib gəlməsi münasbiətilə təbrik ediblər.

“Vahid Milli Hərəkatın “ sədr seçkilərinin nəticələrini sizə təqdim edirik:

  • Nona Mamulaşvili-1537 səs, 3,73%;
  • Nika Melia – 16476 səs, 40%;
  • Qiorqi Mumladze -1516 səs, 3.68%;
  • Levan Xabeişvili -21636 səs, 52,58%.


Print ელ. ფოსტა
FaceBook Twitter Google