Kobaxidze Avaqyanın büstü ilə bağlı Süleymanova belə cavab verdi
Doqquzuncu
çağırış parlamentin 2019-cu il yay sessiyası çalışmağa
başlayıb.
Patlament üzvü Azər Süleymanov proporsional
siyahı ilə Milli Hərəkat partiyasını təmsil edir. O, parlament
sədri İrakli Kobaxidzeyə Axalkalakidə Qarabağ müharibəsində iştirak
etmiş Mixail Avakyanın büstünün götürülməsi vaxtı haqqında sual
verib.
"Cənab İrakli bir neçə gün əvvəl Axalkalakidə
azərbaycan xalqının düşməni, separatçılardan biri olan Avakyanın
abidəsinin açılışı olub. İctimaiyyətdə çox ciddi ajiotaj yarandı.
İlk növbədə bu Gürcüstana qarşı məqsədyönlü provokasiya idi. Çox
maraqlı faktdır ki, bu təbirdə sizin partiyanın deputatları,
merlər, bələdiyyə məclisi sədrləri və yerli hakimiyyət nüayəndələri
iştirak ediblər. Bu abidənin açılışı məhz 20 yanvarda oldu. Bu gün
dünya azərbaycanlılarının matəm günü idi. Məndə olan məlumata görə
abdiənin açılışında Ermənistanın səfiri də iştirak edib. Həmin
Avakyan Azərbaycanın düşməni, eyni zamanda Rusiya vətəndaşı olub.
Onun əli azərbaycan xalqının qanına bulaşıb. Xocalı faciəsi, Xocalı
soyqırımı hamıya yaxşı məlumdur. Bu adam birbaşa Xocalı soyqırımına
qoşulmuş adamdır. Mənə birbaşa sənin qiymətləndirmən maraqlıdır. Bu
abidənin demontajı nə zaman olacaq? Bu bizim cəmiyyətin marağı və
bizim şəxsi xahişimizdir. Gürcüstan azərbaycanlılarının düşmanı
olan bu şəxsin abidəsinin demontajı nə zaman olacaq? Çox sağ
olun" - deputat Azər Süleymanov dedi.
Parlamentin 2019-cu ilin ilk sessiyasında Parlamentin Marneulidən
seçilmiş üzvü Azər Süleymanovun Axalkalakidə Qarabağ müharibəsinin
iştirakçısı Mixeil Avaqyanın heykəlinin nə vaxt söküləcəyi ilə
bağlı sualına Parlament sədri İrakli Kobaxidze belə cavab
verdi:
İrakli Kobaxidze ciddi narahatlıq yaradan Axalkalaki məsələsini
anlaşılmamazlıq olaraq qiymətləndirib:
“Axalkalaki məsələsinə gəlincə, bu bizim hər birimiz
üçün narahatlıq yaradan vəziyyət idi. Əlbəttə, Gürcüstan dövlətinin
bizim qonşu dövlətlərlə münasibətdə aydın mövqeyi var. Biz,
əlbəttə, qonşu dövlətlərimizin maraqlarına hörmət edirik və bu
maraqlara müvafiq olaraq hərəkət edirik. Ehtiyac olarsa və buna
ehtiyac da var, bizim həmkarlarımızla məsləhətləşmələrimiz olacaq.
Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələrimiz var və birlikdə
qonşuluqda sülh şəraitinin qorunması üçün münasib qərar qəbul
edəcəyik” – parlamentin sədri İrakli Kobaxidze
dedi.
Bu gün, 5 fevral tarixində Tbilisidə parlament qarşısında etiraz
aksiyası baş tutmalı idi. İştirakçılar Qarabağ müharibəsində
iştirak etmiş Mixail Avakyanın abidəsinin demontajını tələb
edəcəkdilər. 5 fevralda gecə saatlarında (01:30) təşkilatçılardan
biri facebook sosial şəbəkəsində aksiyanın keçirilməsini ləğv edib.
Səbəb olaraq isə Tbilisi meriyasının aksiyanı keçirməyə icazə
vermədiyini deyib.
Tbilisi meriyasının vətəndaşa dinc şəkildə nümayiş etməyi qadağan
etmək hüququ yoxdur və bu haqda məlumatı bizə Tbilisi meriyasından
təsdiqlədilər. Ancaq konkret olaraq bu məsələ ilə bağlı müsahibə
vermək istəmədilər.
Xatırladaq ki, 20 yanvarda Axalkalakinin Buğaşen kəndində Qarabağ
müharibəsində iştirak etmiş Mixail Avakyanın yenilənmiş büstünün
açılışı baş tutub. Təntənəli açılışda “Gürcü Arzusunun” deputatları
və Ermənistanın Gürcüstandakı səfiri də iştirak edirmiş.