Qiqi Uqulava - Uzun müddətdir ki, məhkəmənin ədalətsiz olduğunu bilirdik, bu gün isə gördük ki, həm də həyasızdır
Uzun müddətdir ki, ölkəmizdə məhkəmənin ədalətsiz olduğunu bilirdik, bu gün isə gördük ki, məhkəmə həm də həyasızdır.
Bu barədə “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Qiqi Uqulava Qurcaani rayon məhkəməsi tərəfindən Davit Kirkitadze barəsində həbs qərarı qəbul edilməsindən sonra bildirib.

Uqulava məhkəmənin bu qərarını ədalətsiz adlandırır.
“İlk dəfə belə etmirlər, belə təcrübələri var və istənilən siyasi rəqibin fikir və söz azadlığının boğulması baş verir. Bugün yalnız Dato Kirkitadzenin həbs olunduğu gün deyil. Bu gün İvanişvili rəsmi olaraq öz vətəndaşlarının yarısının təhqir edilə biləcək ikinci dərəcəli vətəndaşlar olduğunu elan etdi. Eyni zamanda biz görürük ki, ölkədə insanlar, “Gürcü Arzusu”nun öz siyasi rəqiblərinin üzünü sidiklə yudurdan üzvləri öz vəzifələrinə qayıda bilirlər. Biz həyasızlığın hakim olduğu ölkəyə çevrildik və əgər, İvanişviliyə və “Gürcü Arzusu”na yaltaqlanırsansa, yaxşı adamsan.
Biz bu çağırışı almalı və müvafiq şəkildə hərəkət etməliyik. İvanişvili bu yayı sonuna qədər dartır, bu da çox sərt şəkildə onların burnuna dəyəcək”, – Uqulava deyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google