Manifestləşmə və şəxsi mövqeyini ifadə etmə azadlığına dair Amerikadan birbaşa yayın
Fullbrayt proqramı çərçivəsində
konfliktologiya üzrə araşdırmaçı Kamran Məmmədov
Xatırladaq ki, Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsinə
qarşı 5 fevral tarixində Tbilisidə yerləşən Parlament binasının
qarşısında keçirləcək olan aksiya ləğv olunub. Bu haqda məlumatı
aksiyanın təşkilatçılarından biri olan Sevinc Hübətova öz facebook
səhifəsində yazıb.
Onun dediyinə görə, aksiyanın keçirilməsinə Tblisi meriyası icazə
verməyib və buna görədə aksiyanın keçirilməsi tarixi
dəyişdirilib.
"Dəyərli dostlar! Fevralin ayının 5-də nəzərdə tutulan aksiya ilə
bağlı məlumatı nəzərinizə çatdırmalıyam. Bildirmək istəyirəm ki,
Tbilisi Meriyasından bu gün 4 fevral tarixində aldığımız məlumata
əsasən, sabah yəni 5 fevralda keçiriləcək aksiyaya rəsmi olaraq
icazə vermirlər. Xatırlatmaq istəyirəm ki, biz aksiyanın
keçirilməsi ilə bağlı Tbilisi Meriyasına rəsmi olaraq məlumatı bir
neçə gün öncədən vermişdik.
Aksiyaya bir gün qalmış isə bunun tam əksini dedilər. Sizləri əmin
etmək istəyirik ki, aksiya mütləq şəkildə keçirləcəkdir, sadəcə
aksiyanın vaxtı dəyişəcək. İstəyirik ki, aksiya tam qanunu şəkildə
keçirilsin. Bu məsələ ilə bağlı bizim hüquqşunaslar lazımı
sənədləri sabah Meriyaya yenidən təqdim edəcəklər və tələb edəcəyik
ki, Meriyadan iki gün ərzində aksiya keçirə bilməyimiz üçün lazımı
cavab versin.
Aksiyanin fevralin 8-de kecirilmesi planlaşdırılır. Həmin
müddətədək olan vaxtdan aksiyanın daha möhtəşəm və kütləvi teşkili
məqsədiləhər hər birinizdən bu statusu maksimum dərəcədə paylaşmağı
sizlərdən xahiş edirik" - paylaşılan posta qeyd olunub.
Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsində
Qarabağ müharibəsində vuruşan Mixeil Avaqyanın büstünün açılışı
olmuşdur.