Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi
verilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çeçenistan
rəhbəri öz Telegram kanalında bildirib.
“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti
məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi
ilə çıxıb. Bu barədə şəxsən Vladimir
Vladimiroviç mənə məlumat
verdi və məni təbrik etdi”, - Kadırov vurğulayıb.
Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı
aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant
hərbi rütbəsi verilib.