Putin Krım körpüsündə partlayışa görə Ukraynanı ittiham edir
İşğal olunmuş Krımla Rusiyanın əsas hissəsini birləşdirən körpünü dağıtmış nəhəng partlayış Ukrayna xüsusi xidmətlərinin təşkil etdiyi “terror” aktı idi. Belə bir iddiayla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

“Buna şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturu dağıtmağı hədəfləyən terror aktı idi”, – Putin oktyabrım
9-da Kremlin Telegram kanalına yerləşdirilmiş videoda deyib. Amma o, dediklərinə sübut göstərməyib.

“Bunu Ukrayna xüsusi xidmətləri hazırlayıb, həyata keçirib və göstəriş verib”, – Putin vurğulayıb.

Print ელ. ფოსტა
თეგები: Krım Putin Rusiya Ukrayna
FaceBook Twitter Google