Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka,
Novohrihorivka
, Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini işğaldan azad
edib.
Ukrayna oktyabrın 12-də ölkənin cənubundakı Xerson vilayətinin daha
beş yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib.
Xəbər verilir ki, Rusiyanın Ukrayna şəhərlərinə iki gündür davam
edən şiddətli raket zərbələrinə baxmayaraq Kiyev əks-hücum
əməliyyatlarını uğurla həyata keçirir.
"Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka,
Novohrihorivka, Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini
işğaldan azad edib. Düşmən bütün cəbhə boyunca əks-hücumumuzun
qarşısını almaq üçün hərbi birliklərimizin mövqelərini atəşə
tutmaqda davam edir”.
Ukrayna hərbiyyəsi oktyabrın 9-da bildirib ki, ölkənin Silahlı
Qüvvələri avqust ayında başlanan əks-hücum əməliyyatlarında Xerson
regionunun 1200 kvadrat kilometrini işğaldan azad edib.
Buna baxmayaraq Rusiya oktyabrın 12-də Zaporojye vilayətini və
Zaporojye şəhərini raket atəşinə tutmaqda davam edib.
Xəbər verilir ki, Rusiyanın raket zərbələri nəticəsində yaşayış
binalarına, habelə inzibati idarələrə ziyan dəyib.
Tələfat haqqında məlumat verilmir.
Mənbə:
Azadliqradiosu