Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev
Astanada keçiriləcək görüşdə Bakı ilə İrəvan arasında münasibətləri
müzakirə edəcəklər.
Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri
Uşakov jurnalistlərə bildirib.
"Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz
onunla təkcə ikitərəfli məsələləri deyil, həm də
Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyətlə bağlı fikir
mübadiləsi aparacağıq", - Uşakov deyib.
Kreml nümayəndəsi
vurğulayıb ki, Vladimir Putinin şəxsi
vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar Bakı ilə İrəvan
arasında münasibətlərin sabitləşməsi üçün əsasdır.
Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Moskva növbəti
sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan
liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir:
“Ümid edirik ki, çox yaxın gələcəkdə bu sammitin keçirilmə vaxtını
razılaşdıra biləcəyik".