Rusiya Ukraynada Əfqanıstandakından 2 dəfə çox aviasiyası itirib - Zalujin məlumatları dərc edir
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujin sosial şəbəkələrdə Rusiya aviasiyasının itkiləri ilə bağlı məlumatları yayıb və əlavə edib ki, “bu müharibə Rusiyanı məhv edəcək”.

Zalujinin sözlərinə görə, fevralın 24-dən bu günə qədər Ukrayna müdafiəçiləri 10 illik müharibə zamanı Sovet İttifaqının Əfqanıstanda itirdiyi rus təyyarələrindən iki dəfə çox Rusiya təyyarəsini məhv ediblər.

“Tam miqyaslı təcavüzdən
sonra Ukrayna müdafiəçiləri 10 illik müharibə zamanı Sovet İttifaqının Əfqanıstanda itirdiyindən iki dəfə çox Rusiya təyyarəsini məhv etdilər. Ukraynada 278 Rusiya təyyarəsi, Əfqanıstanda isə 118 Sovet təyyarəsi məhv edilib”,
- Valeri Zalujin şəxsi sosial şəbəkələrində yazıb.

Zalujin hesab edir ki, Ukrayna ilə müharibə Rusiya üçün Əfqanıstandakı müharibə qədər utancvericidir.


Print ელ. ფოსტა
თეგები: Rusiya Ukrayna
FaceBook Twitter Google