Ukrayna Belarusla sərhəddə divar tikir
Ukrayna Belarusla sərhəddə divar tikir. Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko özünün Telegram kanalında Belarusla sərhəddə divarın necə tikildiyini əks etdirən video yayıb.

“Belarusun Volın vilayətində sərhədində divar belə tikilir. Tikanlı məftilli dəmir-beton
hasardır. Bu, sərhədimizi qorumaq üçün quraşdırılacaq mühəndis baryerlərinin elementlərindən biridir. Təbii ki, iş təkcə Volında getmir. Bu, Belarus və Rusiya ilə həmsərhəd olan bütün regionlara aiddir”,
- Timoşenko qeyd edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google