Rusiyada fövqəladə vəziyyət: Sakinlərdən evdə qalmaları istənildi
Kamçatkanın (Rusiya) Yelizovo şəhərində metal anbarında utilizasiya zamanı xlor sızması baş verib.

Şahidlərin sözlərinə görə, bazanın yaxınlığında duman əmələ gəlib, kəskin kimyəvi
qoxu hiss olunur.

RF Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maddənin çökməsi üçün su pərdəsi təşkil etməyə başlayıblar.

Xilasedicilər sakinləri mənzillərində qalmağa, küçədə olanları isə yaxınlıqdakı müəssisələrə girməyə çağırırlar.

Mənbə: Oxu.az
Print ელ. ფოსტა
თეგები: Fövqəladə vəziyyət Rusiya
FaceBook Twitter Google