25 aprel üçün ulduz falı
25
Aprel 2019-cu il, Ulduz falı. Aktiv olun, tənbəllik
etməyin
Qoç - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın,
yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın. Bu
yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə
cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz
hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı,
fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən
həll edin. Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun.
İnformasiya arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın.
Axşam saatlarında yaxşıca dincəlin, sabahkı günə hazırlaşın. Çünki
sabah gün asan olmayacaq.
Buğa - nəticənin bütünlüklə sizdən asılı olduğu gündür. Cari
işlərlə məşğul olun, böyük planlar qurmayın. Rutin proseslər sizi
usandırsa belə, kəmhövsələlik etməyin. Tənbəlliyə və ətalətə,
süstlüyə və apatiyaya qapılmayın. Aktiv olun. Hisslərlə yaşam
arealınızı qaydaya salın, məkanı və emosiyaları pozitiv yeniliklər
üçün təmizləyin. Axşam saatlarında xoş ünsiyyət günün yorğunluğunu
unutdurar.
Əkizlər - seçim və konkret qərar günüdür. Perspektivləri
müəyyənləşdirin, addımlarınızı tərəfdaş və ya şəriklə razılaşdırın.
İmkanlar genişlənir. Lakin indi gördüyünüz və ya sizə təklif olunan
işi bəyənməsəniz də, daha çox xaosun yaranmasının səbəbkarı
olmayın. Əksinə, işləri sistemləşdirin, gərəksiz nəsnə və
ünsürlərdən qurtulun, əməllərinizi və istəklərinizi yerbəyer edin.
Belədə hisslərdə də aydınlıq yaşanacaq. Baş verənlərə dərhal,
tələsik qiymət verməyin. Tənqidə qapılmayın, indiyədək demədiyiniz
sözləri yaxın insana söyləməyin. Yaşananları məntiqlə
dəyərləndirməyə emosiyalar mane ola bilər. Münaqişə
yaranmamalıdır.
Xərçəng - rəvan gündür. Günün ilk yarısında təcili işləri
müəyyənləşdirin, ilk növbədə onlarla məşğul olun. Mühüm nüansların
diqqətdən yayınmasına imkan verməyin.Təmkinli, soyuqqanlı olun,
emosiyalara qapılmayın. Sonrakı peşmançılıq hissinin yaranmaması
üçün düşünülmüş addımlar atın. Səhhətinizə fikir verin. Sizə uyğun
və əlverişli olan profilaktika variantlarından birini gerçəkləşdirə
bilərsiniz. Gün bol təəssüratlar vəd edir. Mühüm mövzulardan birini
inkişaf etdirmək üçün təməl hazırlayın.
Şir - yaxşı gündür. Əla formadasınız və hadisələrin ritmindən,
intensivlik və sayından bəhrələnə bilərsiniz. Hər şey sürətlə
dəyişir, yaxın ətrafınızdakı insanlar təmaslara hazırdır. Emosiya
və dəyərləndirmələrinizdə sayıq olun. Narazı qaldığınız
məsələlərdən qurtulmaq və yeni planlarınızın təməlini qoymaq üçün
əlverişli vaxtdır. Şansdan yararlanın, ətalətli olmayın, hadisələri
öz məcrasına buraxaraq laqeyd müşahidəçi olmayın. Günün ikinci
yarısında baş verəcək hadisələr sizi təbdən çıxararaq qıcıqlandıra
bilər. Ənənəvi dəyərlərə yenidən baxış və ya konkret nəticənin əldə
olunması - sonuc sizdən asılıdır.
Qız - gələcək günlərin bünövrəsinin qoyulduğu vaxtdır. Yeni işlərə
mənəvi və fiziki baxımdan hazırlaşın. Sizdə razılıq hissi yaradan
işlərdə çalışın, amma tapşırıq və göstərişləri də unutmayın. Yaxın
insanlarla ünsiyyətdə diqqətli olun. Dayanıqlı münasibətləri
emosiyalar və qıcıqla imtahana çəkməyin. Səhhətinizi unutmayın.
Açıq havada gəzinti məsləhətdir. İzafi çəki probleminiz varsa, bu
gün tamahınızın öhdəsindən gəlin. Fiziki yükü artırın.
Tərəzi - çətin gündür. Gözləntiləriniz miqyaslı olmasın. Təşəbbüs
və ideyanız tərəfdaş, iş yoldaşı və ya şərikiniz tərəfindən qəbul
olunmur. İstənilən işdə yalnız öz qüvvənizə və imkanlarınıza bel
bağlayın. Ciddi, qəti addım atmaq üçün münasib gün deyil. Əlavə
gərginlik olmadan çalışın, qayğıların sayını azaltmağa çalışın.
Axşam saatlarında istirahət edin, ev işləri ilə məşğul olun. Qonaq
getmək olar. Heç nəyi mürəkkəbləşdirməyin. Amma sizin üçün önəmli
olan insanlarla ünsiyyətdə yaranan mühüm anlardan da yan
keçməyin.
Əqrəb - aydın gündür. Başqalarının səhvlərini yaxşı görürsünüz,
amma öz yanlışlıqlarınızı da sezməyə, anlamağa çalışın. Sizinlə
yeni ritmdə çalışmaq istəməyən insana qarşı iddialarla çıxış
etməyin. Günün ilk yarısında ifrat intensivliklə çalışmayın.
Pozitiv ola biləcək xəbərlər istisna deyil. Lakin stresslər, əlavə
yük, tapşırıq və iş də istisna deyil. İndi olmasa da, yaxın
perspektivdə genişmiqyaslı iş vəd edən olaylar yaşanır. Yaranan
problemləri həll etmək üçün həll yollarını arayın, fikir və
ideyalarınızı qaydaya salın. Ehtiyac varsa, yarımçıq qalmış işi
bərpa edərək başa çatdırın.
Oxatan - hadisələrin ildırım sürətilə yaşanacağı gündür. Baş
verənləri anlayırsınız, amma bir sıra məqamlar sizi gərginlikdə
saxlayır. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Hətta yeni
mərhələyə hesablanmış planlar belə, çətinliklərlə qarşılaşa bilər.
Malik olduğunuz ünsürlərlə məqamları dəyərləndirin. Aktiv olun,
tənbəllik etməyin. Fəal iş və gərgin çalışmaq günün sonunda uğurlu
nəticə ilə başa çata bilər. Ötən həftədən bəri yığılıb qalan
stresslərdən qurtulmağa çalışın. Yardıma ehtiyacı olan insana kömək
edin. Şəxsi işlərinizdən birini sürəkli təxirəsalmalardan
qurtarın.
Oğlaq - yaxın bildiyiniz insanlar üçün gördüyünüz işlər uğurla başa
çatacaq. Xüsusi diqqət və məsuliyyət tələb edən sahələrdə sayıq
olun, səhvlərə yol verməməyə çalışın. Tələsməyin, kəmhövsələlik
etməyin, işlərinizdə və sizi əhatə edən məkanda qayda yaradın.
Sözləriniz və işləriniz estetik komponentli olsun. Təmasları və
ünsiyyəti elə seçin ki, onlar sizə yük olmasın. Yaşamınızda baş
verən və ilk baxışdan sırf təsadüf təsiri bağışlayan hadisələri
təhlil edin. Mümkün problemləri əvvəlcədən təxminləməyə, onları
ilkin mərhələdə həll etməyə çalışın.
Dolça - asan, kommunikasiyalar yaratmağın əlverişli olduğu bir
gündür. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət qurmaq çətin
olmayacaq. Lakin həmsöhbətinizin emosional durumunun incəliklərinə
və təfərrüatlarına fikir verin. Əks təqdirdə iddialarla,
tələbkarlıqla qarşılaşacaqsınız. Çoxsaylı tapşırıqlar və ən
başlıcası mənasız məsləhətlərdən qurtulmaq üçün bütün vaxtınızı işə
sərf edin.
Balıqlar - maliyyə məsələlərindəki anlaşılmazlıq və
qeyri-müəyyənlik indi sizi ciddi narahat edir. Hansısa məsələ ilə
bağlı qayığlar çoxdursa, bu mövzunu inkişaf etdirməkdə əmin
deyilsinizsə - məsələdən, ümumiyyətlə, imtina
edin.