24 iyun üçün ulduz falı
24
İyun 2019-cu il, ulduz falı. Rəqiblərlə tərəfdaşları ayırd etməyi
bacarın
Qoç - çoxdan başladığınız işi bu gün başa vura bilərsiniz.
Layihələri yarımçıq qoymayın. Yaşamınıza əhəmiyyətli dərəcədə təsir
edə biləcək qərar istisna deyil. Yaşam və iş yerini dəyişmək,
kollektiv fəaliyyəti intensivləşdirmək üçün münasib zamandır.
Günün ikinci yarısında iş yerində rəhbərliklə aşkar münaqişəyə
başlamayın. Həmkarlarla münasibətləri ayırd etməyin zamanı deyil.
Münasibətlərinə önəm verdiyiniz insanın istəklərinə diqqətlə
yanaşın.
Axşam saatları romantik macəra üçün əlverişli vaxt deyil.
Buğa - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün
əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın.
Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.
Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi
ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların
məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda
ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.
Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq
itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu
həllini tapmaq olar.
Əkizlər - ağır işə, genişmiqyaslı layihəyə başlamağın zamanı deyil.
Qüvvələrinizi bərabər paylaşdırmasanız, potensialınızı dürüst
qiymətləndirməsəniz, uğursuzluğa düçar ola bilərsiniz. İfrat
yorğunluğa mübtəla olmayın.
Günün ikinci yarısında sayıq və diqqətli olun. Ətrafınızdakı
insanlarla birbaşa qarşıdurmadan yayının. Bütün mübahisəli
məsələləri sülh yolu ilə, danışıqlarla həll etmək olar. Təhqir,
təhdid, zor tətbiqi yolverilməzdir.
Ailə üzvləri daha çox diqqət tələb edirlər. Sizə ehtiyacı olan
insanların qayğısına qalın.
Xərçəng - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq
yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı
çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs
və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.
Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi
təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı
duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu
seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab
verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və
aksessuarların yenilənməsi üçün münasib zamandır.
Axşam saatlarında yaxşı bələd olmadığınız yerdə istirahət
etməyin.
Şir - maliyyə məsələlərində diqqətli davranın. Pullarınızın qədrini
bilin, bədxərclik etməyin. Əks halda borca düşə bilərsiniz. Yaxın
ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var.
Çılğın olmayın, emosiyalarınızı idarə edin.
Günün ikinci yarısında tanış və dostlardan dəstəyi əsirgəməyin.
Sifarişçi, müştəri, tərəfdaş və ya şəriklə görüşdə mümkün qədər
diqqətli davranın. Eşitməklə yanaşı, deyilənin məğzini anlayın.
Sözlərin fərqli mənalarını qulaqardına vurmayın.
Qız - mümkün qədər intizamlı, məsuliyyətli olun. Əməllərinizə və
sözlərinizə görə cavab verməli olduğunuzu unutmayın. Vədlərə əməl
edin. Yalançı, unutqan insan təsiri bağışlamayın.
Günün ikinci yarısında dostların, qohumların təkliflərini nəzərə
alın. Başqalarının fikirlərinə sayğı ilə yanaşın. Təxribatlara
uymayın, səbrli və təmkinli davranın. Mövqelərinizdən əsla geri
çəkilməyin.
Vicdansız insanların yalanlarının qurbanı olmayın.
Tərəzi - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış
dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın.
Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız
işdə uğurlar əldə edə bilərsiniz.
Günün ikinci yarısında yeni layihəyə başlamayın. İti və kəsici
alətlərlə ehtiyatlı davranın. Yaxın ətrafınızdakı insanlarla
təmaslarda gərginlik, qarşılıqlı iradlar olacaq. Fikir
ayrılıqlarını normal şəkildə nizamlayın. Günün təmayüllərini nəzərə
alaraq problemləri dərhal aradan qaldırın. Axşam saatlarında yeni
ideyalar istisna deyil.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə gərginlik
yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun. Mühüm
informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın tələb
etdiyi addımların ardıcıllığını intuisiyanız sizə deyəcək.
Günün ikinci yarısında mübahisələrə qarışmayın. Ailə üzvləri ilə
təmaslarda qayğıkeş və alicənab olun. Zəifə, ağır durumda çaş-baş
qalmış insana yardım edin. Sevdiyiniz insandan çoxsalyı sirlər
saxlamayın. Axşam saatlarında vəziyyət sakit olsa da, hansısa işi
başa çatdırmaq asan deyil.
Oxatan - məşğul olduğunuz işə bütün diqqətinizi və vaxtınızı
ayırsanız, ciddi uğurlara nail ola bilərsiniz. Başladığınız işi
əsla yarımçıq qoymayın. Məqsədə doğru inadla, qətiyyətlə
irəliləyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hədəfi
"vurmaq" üçün yardımlara ehtiyacınız var. Etibar etdiyiniz insanın,
inandığınız yoldaşın köməyindən bəhrələnə bilərsiniz. Dedi-qodulara
aldanmayın.
Axşam saatlarında çevik və hətta hiyləgər olun.
Oğlaq - bütün diqqəti əsas məsələnin həllinə yönəldin. Cari işləri
uğurla başa vurun, axşamalara və ləngimələrə şərait yaratmayın.
Aktiv olun, rəqiblərinizi üstələmək üçün bütün gərəkli metod və
vasitələrdən yararlanın. Təsadüfi maneələr və kənar təsirlər sizi
yolunuzdan döndərməməlidir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşıdurmaya
zəmin yaratmayın. Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Qarşılıqlı anlaşma və səmimiyyətə ehtiyac duyulur.
Dolça - şəxsi münasibətlər və karyeranızla bağlı durum
motivasiyadan asılıdır. Qətiyyətli olun, kiçik problemlərə görə
ruhdan düşməyin. Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin
güclənməsinə imkan verməyin. Yeni işə başlamaq, gəlir mənbələrini
artırmaq olar.
Günün ikinci yarısında rəqiblərlə tərəfdaşları ayırd etməyi
bacarın.
Yaxınlarınız və qohumlarınızla qarşılıqlı anlaşmanın güclənməsi
sizdən asılıdır. Peşəkar məziyyətlərinizdən yararlanın,
uğurlarınızı artırın. Yeni iş yeri və ya gəlir mənbəyini əldə etmək
üçün adekvat addımlar atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla
münasibətlərinizin gərilməsiən can atmayın. Həssas, qayğıkeş olun.
Münaqişə yaranarsa, səbrli və təmkinli davranın.
Axşam saatlarında təmkinli olun.
Balıqlar - başqalarının mövqelərindən və fikirlərindən çox asılı
olmayın. Öz biliklərinizə, bacarıqlarınıza güvənin. İntuisiyanız
sizi aldatmayacaq. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət zamanı
eşitdiyiniz hər sözə inanmayın.
Günün ikinci yarısında məqsədə doğru inamla irəliləyin. Aldığınız
bəzi məlumatlar bilərəkdən təhrif olunub. Dostlarınızdan biri ilə
münasibətləri bədxahlar korlamağa çalışırlar. Münaqişələri
kompromis və güzəşt yolu ilə həll edin.
Neytral situasiyanın yaranması üçün təşəbbüskar
olun.