1 iyul üçün ulduz falı
01
İyul 2019-cu il, ulduz falı. Mühüm, önəmli məsələlərin həllini
gecikdirməyin
Qoç - şərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla
həll etməyə çalışsanız, səyləriniz uğurla başa çatacaq. Sürətlə
çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin.
Yaradıcılıq enerjiniz çoxdur.
Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda
qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı
təqdirdə nüansları mürəkkəbləşdirməyin.
Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam
saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın.
Səs-küylü əyləncələrə qatılmayın.
Ailəvi istirahətə üstünlük verin.
Buğa - gün ərzində diqqəti əldən verməyin. Fatalist olmayın, hər
şeyi taleyin ümidinə buraxaraq ətalətlə davranmayın. Əzmkar
olsanız, çətin problemlərin öhdəsindən gələ bilərsiniz. Kimsədən
çəkinməyin, qorxmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
inama və etibara əsaslanmış təmaslar qurun. Yaxınlarınızla
münasibətləri aydınlaşdırmağa çalışmayın.
Köhnə inciklikləri xatırlayaraq işgüzar tərəfdaşla mübahisələrə
rəvac verməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - bu gün sözlər yox, əməllər önəmlidir. Borcları ödəyin.
Kreditlərlə bağlı ödənişləri gecikdirməyin. Maliyyə öhdəliklərinizi
unutmayın. Nəzərdə tutulmamış, qəfil alış üçün böyük məbləğdə pula
ehtiyac yarana bilər.
Günün ikinci yarısında uğura nail olmaq istəyirsinizsə,
məsləhətlərə qulaq asmayın. İşin öhdəsindən yaxşı bildiyiniz üsul
və vasitə ilə gələ bilərsiniz. Uzaqgörən olun, sizi gözləyən
təhlükələri təxminləməyi bacarın.
Axşam saatlarını evdə keçirmək əvəzinə ailə üzvlərini də götürüb,
təbiət qoynuna yollanın.
Xərçəng - adi, gündəlik qayğıların çözümü və rutin işlərin
görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan yox, bilik və
bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar, sövdələşmələr
məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya inandığınız
insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək.
Təəssüflənməyin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik
yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa
vurun.
Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.
Ehtiyatı əldən verməyin.
Şir - vurnuxma, tələskənlik, əsəblərin tarıma çəkilməsini vəd edən
gündür. Uğursuz situasiya problemlərin sayını artıracaq. Buna
rəğmən, əhvalınızı pozmayın. Nikbin olun. Yaradıcılıq enerjisi və
aktivlik bir sıra çətinlikləri həll etməyə, maneələri keçməyə imkan
verəcək.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun.
Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam
saatlarını istirahətə həsr edin.
Qız - proseslər və baş verən hadisələr sizdən həm əqli, həm də
fiziki aktivlik tələb edir. Az danışıb, çox iş görün. Qarşınıza
qoyduğunuz hədəfləri təftiş edin. Bitkin konsepsiyanız
olmalıdır.
Günün ikinci yarısında çətin məsələnin həllində, müşkülün
çözülməsində həmkarın və ya tanışın məsləhəti dadınıza çatacaq.
Sevdiyiniz insan sizə tam dəstək verəcək. Onun qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulun.
Tərəzi - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri
çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək.
Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmləndirə
bilərsiniz.
Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları
nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - adi günlərlə müqayisədə daha qətiyyətli, iradəli olun.
Xırda məsələlər sizi çaşdırmasın, ruhdan salmasın. Kiçik detallar
işinizin son nəticəsinə ciddi təsir edə bilər. Çevik, mütəhərrik
olun. Bütün məsələlərdə rəqibləri qabaqlamaq üçün yollar
arayın.
Günün ikinci yarısında fəaliyyət müstəvisində və ya məişət
məsələlərində qeyri-standart düşünmək gərəkdir. Yaxınlarınızla
münasibətlərin müəyyən korreksiyaya, yenilənmələrə ehtiyacı
var.
Axşam saatlarında açıq söhbətə zərurət duyulur.
Oxatan - sayıq və diqqətli olun. Ən kiçik səhvin fəsadları böyük,
ağrılı ola bilər. Emosional davranmayın. Hisslərə qapılsanız,
məqsədə doğru aparan yoldan sapmaq təhlükəsi yaranacaq. Maliyyə
məsələlərində risk etməyin. Şübhəli əməliyyatlara qatılmayın.
Günün ikinci yarısında əmək kollektivində haqqınızda şayiələr və
intriqalar yarana bilər. Çətin situasiyanı danışıqlarla,
müzakirələrlə çözməyə çalışın. Yaxınlarınızla təmaslarda həssas
olun. Ötənlərdəki inciklikləri bağışlamağa, müvəqqəti də olsa,
unutmağa çalışın.
Axşam saatlarında normal istirahət etmək gərəkdir.
Oğlaq - rutin məsələlərin həllində təşəbbüskar olun. İdeyalarınızı
daha səmimi şəkildə söyləyin. Qarşı tərəfin mövqelərini mütləq
şəkildə nəzərə alın. Tənqid və iradların sayını artırmayın.
Aqressiv davranmayın.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Uğurların sayını
artırmaq istəyirsinizsə, prosesləri izləyin, şansları
dəyərləndirin.
Axşam saatlarında dəyər verdiyiniz insanlarla münaqişə və mübahisə
etməyin. Birgə fəaliyyət üçün o qədər də yaxşı zaman deyil.
Dolça - günün ilk yarısından etibarən hadisələrin intensivliyi
artacaq. Mühüm, önəmli məsələlərin həllini gecikdirməyin. Bəzi
məqamlarda lider mövqeyi tutmalı, yaxın ətrafınızdakı insanları
arxanızca aparmalısınız.
Günün ikinci yarısında birgə layihədəki tərəfdaşınızın dediklərinə
qulaq asın. Kobud və qaba insan təsiri bağışlamayın. Yaxınlarınız
arasında çətinə düşmüş insana yardım etməyi unutmayın.
Səhhətinizin və sağlamlığınızın ziyanına olaraq qəhrəmanlıq
etməyin. Cari situasiyanın təfərrüatlarına varın.
Balıqlar - çalışdığınızı kollektivdəki ümum ab-havaya rəğmən
fikrinizi və mövqeyinizi söyləməkdən çəkinməyin. Rəhbərlik
təşəbbüsünüzü dəyərləndirə bilər. Mövqeyinizi arqumentlərlə
möhkəmləndirməyi unutmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlardan biri və ya şəriklə
münasibətləriniz gərginləşə bilər. İstehsalat, biznes, kommersiya
və ya təhsil məsələlərində təcrübəsiz insanlara güvənməyin. Axşam
saatlarında səhhətinizin qayğısına qalın.
Orqanizm sınaq vasitəsi deyil.