Məhkəmə azyaşlı qardaşı qızına təcavüz edən şəxsə 20 il həbs cəzası verib.
“İnsan Haqları Naminə Tərəfdaşlıq” qeyri-hökumət təşkilatının məlumatına görə, bu gün, fevralın 15-də Tbilisi şəhər məhkəməsi 2006-2013-cü illərdə yaşı 14-dən az olan bacısı qızına sistemli şəkildə təcavüz edən şəxsi təqsirli bilib.

Məhkəmə onu 20 il müddətinə azadlıqdan məhrum edib.

“Zərərçəkmiş cinsi təcavüzdən təxminən 9 il sonra polisə müraciət edib.

Zorlamadan xeyli vaxt keçməsinə baxmayaraq, istintaq zərərçəkmişin fəal iştirakı ilə ittihamı təsdiqləmək üçün kifayət qədər sübutlar toplayıb”
– “İnsan Haqları Naminə Tərəfdaşlıq” yazır.

Sözügedən işdə zərərçəkmişin hüquqlarını PHR-nin vəkili Ana Tavxelidze müdafiə edib.





Print ელ. ფოსტა
თეგები: həbs cəzası Məhkəmə Təcavüz
FaceBook Twitter Google