Ağcaqanadlardan təbii qorunma yolları
Yay
aylarını kabusa çevirən ağcaqanadlardan təbii yollarla qorunmağın
mümkün olduğunu bilirsinizmi?
Bu kiçik həşəratları uzaqlaşdırmaq üçün limon və mixək ikilisindən
istifadə edə bilərsiniz.
Limonu yüngülcə sıxaraq sulandırın. Ortadan ikiyə bölün və içinə
mixəklər yerləşdirin. Kiçik qan əmicilər bu bitkilərin qoxusunu
sevmədiyi üçün yaxın gəlməyəcək. Bundan əlavə, onlar lavanta,
portağal ətrini də sevmir. Bədəninizi bu bitkilərin losyonu ilə
masaj etsəniz, özünüzü qorumuş olacaqsız.
Əgər artıq ağcaqanadların "hücum"una məruz qalmısınızsa, banan
qabığını həmin hissəyə sürtməklə qaşıntı və şişkinliyi azalda
bilərsiniz. Nanə və evkalipt yağları da narahatçılığı aradan
qaldırır.