3 ən ziyanlı gigiyena vərdişi
Gigiyena qaydalarına riayət etmək insan
sağlamlığında böyük rol oynayır.
Lakin bəzi faydalı bildiyimiz gigiyenik vərdişlər əslində
sağlamlığımıza yalnız ziyan vurur.
ABŞ-ın gigiyena sahəsində mütəxəssisləri belə vərdişləri
araşdırıb.
Onların fikrinə görə, ən ziyanlı gigiyena vərdişi antibakterial gel
və sabunlardan müntəzəm istifadə etməkdir. Belə vasitələrin
tərkibində olan triklozan orqanizm üçün ziyanlı sayılır.
Həmçinin antibakterial vasitələr dərini çox qurudur, onu daha
həssas edir, dərinin normal mikroflorasını pozur, yerli immuniteti
zəiflədir.
Digər ziyanlı vərdiş yeməkdən dərhal sonra dişləri təmizləməkdir.
Bu halda qida turşuların diş emalına olan təsiri artır ki, bu da
emalın daha tez dağılmasına səbəb olur.
Müntəzəm olaraq cod hamam lifləri, qaynar su və kosmetik
skrablardan istifadə də dərinin sağlamlığı üçün ziyanlıdır. Bunun
nəticəsində dərinin qoruyucu qatı zədələnir, yuyulur, yerli
immunitet zəifləyir.
Dərinin immunietinin zəiflənməsi müxtəlif səpgilər, yaralar,
sızanaqlar, akne, göbələk, dəri xəstəliklərinə (dermatit, ekzema və
s.) səbəb ola bilər.