Salome Zurabişvili Marneulidə qonaq olub
Gürcüstan prezidenti Salome Zurabişvili bu gün, 19 martda Marneulidə qonaq olub. İlk görüşü o. Meriyada keçirib. Görüşdə Kvemo Kartli Dövlət Qubernatoru Şota Rexviaşvili də iştirak edib.

Marneulidə Tamarisi kənd məktəbinin müəllimləri və şagirdləri ilə də görüş
planlaşdırılır. Müasir standartlarla təchiz edilmiş istixana təsərrüfatı “Mza Çitili”nin nəzərdən keçirilməsi, Bolnisidə bölgəşünaslıq muzeyinin, Bolnisi alman məhəlləsi – Katerenenpeldi və ekomiqrant qadınların pendir istehsalı müəssisəsinin də nəzərdən keçirilməsi planlaşdırılıb.


"Marneuli" Radiosu
Print