8 kəndin sakinləri Bolnisi şəhərinə getmək üçün Qoçulu kəndinin
ərazisində yerləşən yeganə körpüdən istifadə edirlər. Keçmişdə
tikilən körpü ensiz olduğu üçün avtomobillərin hərəkətinə çətinlik
yaradır.
2021-ci ilin başlanğıcında Marneuli bələdiyyəsinin təmizlik xidməti
Marneulidə 204 yeni zibil konteyneri yerləşdirdi. Köhnə
konteynerləri isə kəndlərə payladılar.
Telavinin Qoşadze küçəsində qətl hadisəsi baş verib. Gürcüstanın
Birinci Kanalına Daxili İşlər Nazirliyindən verilən məlumata görə,
bir ailənin üç üzvü öldürülüb.
Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar
yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın
6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.
Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu
Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera
İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon
danışığının səsyazısını yayıb.