Kürtlər kəndində “Birinci” siniflərin “Əlifba bayramı” keçirildi (FOTO)
Bu gün, 26 aprel tarixində Marneuli rayonunun Kürtlər kəndində “Birinci” siniflərin “Əlifba bayramı” keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Bayram şənliyi Dövlət himninin səslənməsi ilə başladı.

Daha sonra məktəb direktoru Gülbəyaz Bələgəzova çıxış edərək, birinciləri təbrik edərək uğurlar arzu etdi. O, birincilərə yaxşı oxumağı, vətənə layiqli övlad kimi yetişməyi tövsiyə etdi.

Tədbirdə iştirak edən müəllimlər birincilərin ilk sevinci - “Əlifba bayramı” münasibətilə təbrik etdilər. Birincilərin sinif rəhbəri Şəfa Binnətova da çıxış edərək şagirdlərinə uğurlar arzuladı. Onun rəhbərliyi altında təşkil edilən “Əlifba bayramı” konsert proqramı ilə davam etdi. Birincilər öz növbələrində şeirlər deyərək, rəqs etdilər.

Onu da əlavə edək ki, bu il Kürtlər ictimai məktəbində 21 nəfər birinci sinif şagirdi var.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google