Sabirkənddə vətəndaşın ağaclarının kəsilməsi
faktı ilə əlaqədar olaraq polis və ekspertlər hadisə yerində
olublar. Onlar ekspertiza işləri aparıb və əl izləri
götürüblər.
Bu
haqda bizə zərər çəkən Elnur Məsimov özü dedi.
Onun sözlərinə görə, o 20 mart tarixində Marneuli prokurorluğuna
şikayət ərizəsi ilə müraciət edib. Bu gün isə prokurorluqdan ona
cavab məktubu gəlib. Məktubda deyilir ki, hadisə araşdırılır və tez
bir zamanda ona zərər vuran şəxsin saxlanılması istiqamətində işlər
aparılır.
Cinayət Məcəlləsinin ağac və kolların qanunsuz olaraq kəsilməsini
nəzərdə tutan 303-cü maddəsi ilə istintaq aparılır.
Xatırladaq ki, Sabirkənddə 30 ədəd bar verən qoz ağacı kəsilib.
Hadisə ötən həftənin cümə axşamı-cümə günləri baş verib.
İlk gün zərərçəkən Elnur Məsimovun 18 ağacını, sonrakı gün isə 12
ağacını kəsiblər. O, deyir ki, on ildən artıqdır onlar öz şəxsi
torpaq sahələrində 50-dək qoz ağacı əkiblər. Ötən ildən isə onlar
həmin ağaclardan məhsul götürməyə başlayıblar.
Məsimov deyir ki, onun heç kimlə problemi olmayıb və şübhələndiyi
insan da yoxdur. O, indi istəyir ki, ona zərə vuranlar tapılsın və
qanun çərçivəsində öz cəzalarını çəksinlər.