Meriya üç il ərzində baş verə biləcək təbii fəlakət halları üçün vəsait ayırıb
15:36 / 04.07.2019
“Əgər Marneulidə təbii fəlakət olarsa,
tələsikliyə yol verməmək üçün 238 240 larilik müqavilə bağlayırıq.
Yol Departamenti ilə birgə tender elan etmişik və bu gün müqavilə
bağlayırıq”
– bu
bəyanatı bu gün, 4 iyul tarixində Bələdiyyə Məclisinin
növbədənkənar iclasında Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov verib və qeyd edib ki, Marneuli bələdiyyəsi təbii
fəlakətlə mübarizə üçün əvvəlcədən hazırlıq görür və 3 illik
müqavilə bağlayır.
Vüqar Məmmədov qeyd edib ki, əgər 3 il ərzində Marneulidə heç bir
fəlakət olmazsa, qeyd olunan məbləğ başqa istiqamətə olan
layihələrə sərf olunacaq.
Qeyd olunan bəyanatı deputatlar yekdilliklə dəstəkləyib. Bələdiyyə
Məclisinin bugünkü iclasında yalnız 1 məsələ müzakirə edilib.