“Arxa bazarın” rəhbərliyi 21 aydan sonra da cavab vermir ki, yol nə zaman çəkiləcək
Hər yağış yağan zaman Marneulnin aqrar bazarının (arxa bazar) ərazisi palçıq olur. Ticarətçilər palçıqlı piştaxtaların yanında durmalı olurlar, alıcılar isə bir obyektdən digərinə getməkdə çətinlik çəkirlər. Fərqi yoxdur palçıqdan nə qədər çəkinməyə çalışsanız da bazardan təmiz ayaqqabı ilə çıxmaq mümkün deyil.

მარნეულის

"Marneuli" radiosu 2017-ci ilin 4 oktyabrında Marneulinin Aqrar bazarının direktoru Elquca Xarşiladze ilə əlaqə saxladı. O, dedi ki, bazar ərazisinə yol çəkilməsi planlaşdırılırdı amma ticarətçilərə görə işləri həyata keçirə bilmirdilər.

“Onlar içəriyə daxil olmayana qədər ərazini təmizləyə bilmirəm. İçəridə yaxşı, qapalı bazar var, amma yenə də palçıqda durmağa üstünlük verirlər” - bazarın deirektoru 2017-ci ildə deyib.

21 aydan sonra bazar ərazisi yenə də dəyişməz qalır. Yağış zamanı isə palçıq hamıya tanışdı.


Biz Marneuli Aqrar bazarının direktoru Elquca Xarşiladze ilə bu gün, 16 iyulda əlaqə saxladıq. Xarşiladze bizimlə söhbətində dedi ki, bazar ərazisində yolun təmirini planlaşdırır, amma nə zaman olacağını demədi və telefonu söndürdü. Ondan sonra Marneuli bazarının direktoru "Marneuli" radiosuna cavab vermir.

Palçıqlı bazarla əlaqədar olaraq Marneulili Giorgi Mumladze etirazını bildirir və öz facebook səhifəsində Marneuli merinə müraciət edib və xahiş edir ki, problemin həlli üçün bazar direktoru ilə vasitəçilik etsin.


Marneuli meri Zaur Darğallının bizimlə söhbətində dediyinə görə bazar ərazisndə müəyyən işlərin görülməsi həqiqətən də planlaşdırılır. Çünki rəhbərlik ticarətçiləri qapalı məkana keçirib. Bazar rəhbərliyi ilə ünsiyyətə gəldikdə isə Darğallı deyir ki, meriya bütün bu məsələlərlə bağlı çalışacaq.

"Marneuli" Radiosu
Print