Şota Rexviaşvili Novruz bayramında dil maneəsini diqqətə yetirib
14:50 / 21.03.2019
Kvemo Kartli
Dövlət Müvəkkili Şota Rexviaşvili Marneulili sakinlərin Novruz
bayramını təbrik edib.
O,
dövlət dili baxımından mövcu olan problemləri diqqətə yetirib.
Qeyd edib ki, Gürcüstan tarixi olaraq həmişə azadlığın, azad
mühitdə sülh içində bərabər yaşamın tarixi nümunəsi olub və bunda
həmişə dövlət və hakimiyyət ona dəstək olurdu.
“Kvemo Kartlidə bu mədəniyyət, bu rəngarənglik və milli
kimliyin qorunması hiss olunur. Bu bizim gündəlik qayğısına qalmalı
olduğumuz möhtəşəm nümunədir. Bizim rənagərngliyimiz bütün
Gürcüstanı gücləndirir. Biz bu ölkənin vətəndaşlarıyıq, bizim
vətənimiz Gürcüstandır və əlbəttə biz onun güclü olmasının,
firavanlığının və mühafizəsinin qayğısına qalmalıyıq. Amma bir
vacib problemimiz var və mən əminəm ki, bütün nəsillərdən dolayı bu
baxımdan addımlar atırıq və yaxın gələcəkdə bizim bu miqyasda dil
maneəmiz olmayacaq. Biz ölkəmizdə dövlət dilini bilməliyik və
ünsiyyətdə bu gün olan problemimiz olmamalıdır. Ona görə də bizim
borcumuzdu ki, xüsusən gənc nəsili gürcü dövlətçiliyi hissləri ilə
yetişdirək və onlara ölkənin dövlətçilik və siyasi fəaliyyətinə
qoşulmaq imkanı verək” – Şota Rexviaşvili deyib.
Doğrudur Şota Rexviaşvili bugünkü gün dövlət dilinin vacib
bilinməsinə diqqət yetirdi ancaq çıxış azərbaycan dilinə tərcümə
olunmadı.
Bugünkü tədbirdə yerli və mərkəzi hakimiyyət nümayəndələri çıxış
etdilər.