Marneulinin “Gürcü Arzusu”ndan seçilmiş
majoritar deputatı Ruslan Hacıyev 26 iyun tarixində prokurorluğun
deputat Nika Melianın həbs olunması məqsədi ilə məhkəməyə
müraciətinə razılıq verən 91 deputatdan biridir.
Ruslan Hacıyev “Marneulİ” radiosu ilə söhbəti zamanı bildirdi ki,
sadəcə Melianın mandatının dayandırılması qərarı qəbul edilib və
Melianın təqsirli olub olmaması barədə qərarı məhkəmə
verməlidir.
“Bu məsələ ilə bağlı Prokurorluqda cinayət prosesi davam edir.
Prokurorluq nümayəndələrinin komitə iclasında və plenar iclasda
bizə izah etdiyinə görə, burada müxtəlif məsələlər var. Buna görə
də Nika Melianın səlahiyyətini dayandırdıq”, – Ruslan Hacıyev
deyir.
“Marneuli” radiosunun Prokurorluğun Nika Melianın mandatını
dayandırılması məqsədilə Parlamentə müraciət etməsi üçün kifayət
qədər dəlilinin olub-olmaması ilə bağlı suala cavab olaraq Hacıyev
bildirdi ki, onun fikrincə kifayət qədər dəlil olub, lakin Melianın
təqsirinin hansı dəlillərlə sübuta yetirildiyini dəqiq demir və
bildirir ki, yekun qərarı məhkəmə verəcək.
Rustaveli prospektində davam edən aksiyaya və Daxili İşlər naziri
Qiorqi Qaxarianın istefası ilə bağlı əsas tələbə gəlincə, Hacıyev
deyir ki, iki əsas tələb – 2020-ci ildə Parlament seçkilərinin
proporsional sistemlə keçirilməsi və Parlament sədrinin istefası
kifayətdir.
“Fikrimcə Qaxariyanın istefası tələbi əsassızdır”, – Ruslan Hacıyev
deyir.
Parlament qarşısında keçirilən aksiyanın iştirakçılarının üç
tələbindən ikisinin yerinə yetirildiyinə baxmayaraq, aksiyalar yenə
də davam edir və iştirakçılar əsas tələbləri olan Qiorqi Qaxarianın
istefası üçün mübarizə aparırlar.