Ulaşlı kəndində içməli su problemi - Marneuli meri problemin həlli üçün çalışır (FOTO)
22:51 / 19.07.2019
Marneulinin Ulaşlı kəndinin sakinləri içməli
su problemindən şikayətlənirlər. Sakinlər illərdir ki, kəndin
mərkəzidə yerləşən bulaqdan istifadə edirlər.
Həmin bulaq öz mənbəyini Babakər dağından
götürür. Yay fəsili gələndə isə həmin bulaqdan su demək olar ki,
gəlmir.
Sakinlərin sözlərinə görə, yerli hakimiyyət tərəfindən evlərə su
xəttləri çəkilib, amma hələ ki, istifadəyə verilməyib. Onlar
istəyirlər ki, tez bir zamanda həmin su xətti istifadəyə verilsin
və onların içməli su problemi aradan qalxsın.
Bu gün, 19 iyul tarixində Marneuli meri Zaur Darğallı Sadaxlı,
Qasımlı, Kirəc Muğanlı kəndlərində əhali ilə görüş keçirdi. Görüş
zamanı əhalinin problemləri ilə maraqlandı və həmin kəndlərdə
həyata keçirilən içməli su layihələri ilə tanış oldu. O, həmçinin,
Qaçağan kəndində yeni tikilməkdə olan su anbarının tikintisi ilə də
maraqlandı.
Marneuli meri "Marneuli" radiosu ilə söhbəti zamanı bildirib ki,
onların əsas məqsədi içməli su probleminin aradan qaldırılmasıdır
və bunun üçün isə onlar aktiv şəkildə çalışırlar.
Zaur Darğallı onu da əlavə etdi ki, içməli su problemi olan
bölgələrdən biri də Algeti və onun ətraf kəndləridir. Bunun üçün
isə yeni su şəbəkəsinin çəkilməsi üçün yeni layihə üzərində
işləyirlər və yaxın zamanlarında bu problem də öz həllini
tapacaq.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166