"10 ədəd zibil daşıyan maşın, 1 500 ədəd zibil qutusu almalıyıq", – Marneuli meri

Marneulidə ən aktual məsəllərdən biri ətraf ərazilərdə zibil tullantılarının olmasıdır və buna səbəb isə zibil qutularının olmamasıdır.

Qasımlı və Ulaşlı kəndinin sakinləridə zibil qutulalırının olmamasından şikayətlənirlər. Onların sözlərinə görə, zibil tullantılarını hara gəldi atırlar. Bu isə ətraf ərazilərdə qeyri-qanuni zibilliyin yaranmasına səbəb olur.

Sakinlərin bildirdiyinə görə, kənddə müəyyən qədər zibil qutuları qoyulsa daha yaxşı olar və müntəzəm olaraq daşınsa kənd ərazisində zibillik yaranmaz.


19 iyul tarixində Marneuli meri Zaur Darğallı Qasımlı kəndində əhali ilə görüşü zamanı bildirdi ki, Marneulidə ən aktual məsələlərdən biri ətraf ərazilərdə zibil tullantılarının olmasıdır. İndiki mərhələdə onlar zibil tullantılarının daşınması üçün yeni zibil yığan maşının alınmasını planlaşdırırlar və bundan sonra mərhələli şəkildə bu məsələdə öz həllini tapacaq.


Zaur Darğallı onu da əlavə etdi ki, zibil tulantılarının ətraf əraziyə atılmasının qarşısının alınması üçün onlar yeni layihə üzərində çalışırlar. Bunun üçün onlar əhalinin məlumatlandırılması üçün gənclərdən ibarət könüllülər dəstəsi yaradacaqlar və bundan sonra isə onlar müəyyən konmapniyalar keçirəcəklər. Onu da bildirdi ki, indi ki mərhələdə onlar həmin layihənin üzərində aktiv şəkildə çalışırlar.



"Marneuli" Radiosu
Print