Acınacaqlı şəraitdə tədris – Şaumianidə qəza vəziyyətində olan məktəb binası
19:31 / 20.09.2019
Şaumianinin 1 saylı ictimai məktəbi iki binada
yerləşdirilib. Onlardan biri keçən əsrin ortalarında, digəri isə on
doqquzuncu əsrin sonunda tikilib. 1899-cu ilin tikilisinin fərqli
arxitekturu var: böyük dördkünc daşlarla tkilmiş korpusun fasadının
ikitərəfli pilləkanı var.
Borçalı polis şöbəsi üçün tikilmiş və 1992-ci ildə məktəbə
çevrilmiş bina görünüşü ilə də fərqlənir. Binaya daxil olan kimi
böyük sahə və hündür tavan gözə dəyir. Ancaq elə orada xarab olmuş
döşəmə, yağışdan ləkələnmiş, uçmuş tavan, köhnəlmiş qapını da
görürük.
Əsrdən çox tarixi olan bina yarım əsrdir təmir olunmayıb. Dam
örtüyü damır, sinif otaqlarının divarları tökülüb, uşaqların
rəsmləri ilə ordan-burdan örtülüb. Uşaqlar qapıları düzəldə
bilmirlər. İstəsəniz böyük açar yerindən bütün dərsi müşahidə edə
bilərsiniz. Dövlət bayrağından da onları bağlamaq üçün istifadə
olunub. Otaqların bir hissəsi tamamilə yararsızdır.
“Binada tavan da, qapı da, pəncərələr də, döşəmə də,
hər şey dəyişdirilməlidir” – Şaumian 1 saylı ictimai
məktəbinin direktoru Artuş Urumyan deyir.
Məktəb binasının təmiri tələbi ilə rəhbərlik Resurs Mərkəzə hər il
məktub göndərir, Artuşun xatırladığına görə artıq 18 ildir. İndiyə
kimi heç nə etmədilər, bina tədris prosesi üçün tamamilə
yararsızdır.
İkinci korpusda müqayisədə yaxşı vəziyyətdir. Rəngli pilləkan,
işıqlandırılmış dəhliz və uşaqların layihələri ilə boyanmış
divarlar daha çox şən və qaydasına salınmış mühit yaradır. Ancaq
yenə də hiss olunur ki, bina köhnədir və əsaslı təmirə ehtiyac
duyur. İyirmi il ərzində bir dəfə, məktəbin müəyyən hissəsi təmir
olunub.
“Dam örtüyü, pəncərələr və binaya giriş qapını
yenilədik və həyətdə yeni ayaqyolu tikdik. Bu təqribən 4-5 ilə başa
gəldi” - Artuş Urumyan deyir.
Marneuli bələdiyyəsinin resurs mərkəzinin rəhbəri Kənan Ömərov
deyir ki, meriya Şaumian 1 saylı ictimai məktəbinin təmir
ediləcəyini planlaşdırır.
“Yerli özünüidarə tərəfindən orada müəyyən bəpa işləri
keçiriləcək. İki məktəb binasından birində dam örtüyünün
dəyişdirilməsi, istilik sisteminin çəkilməsi və başqa şeylər
planlaşdırılıb” - Kənan Ömərov deyir.
Kənan Ömərov onu da qeyd etdi ki, məktəbdə döşəmə və
qapı-pəncərələr dəyişdiriləcək. Təmir işlərinin başa çatması
2020-ci il üçün planlaşdırılıb. Məktəbin yenilənməsi üçün nə qədər
məbləğ sərf olunacaq məlum deyil. Ona qədər isə 251 uşaq qəzalı
vəziyyətdə tədrisini davam etdirməli olacaq.