"Gələn il problem olmayacaq, ona qədər məcburuq" - Kərəmov 3 saylı uşaq bağçasının problemi haqqında
17:08 / 02.10.2019
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi
bağçalarda vəziyyətin qaydaya salınmasına bu il söz
vermir.
Birliyin sədri Zaur Kərəmov deyir ki,
uşaqların bayırda qalmaması üçün lazım olandan artıq uşaq qəbul
etmək məcburiyyətində qalıblar.
“Gələn il iki yeni bağça tikiləcək və bu problem
olmayacaq. Ona qədər isə məcburuq. İndi valideynləri çalışan
uşaqları rezrvdən də əlavə edirik” – Zaur Kərəmov
deyir.
3 saylı uşaq bağçasının yetərli sayda çarpayısının olmaması ilə
bağlı Kərəmov deyir ki, problem müəyyən qədər belə həll olacaq ki,
uşaqların hamısı hər gün bağçaya getməyəcək. Buna zəmanəti isə “öz
təcrübəsinə əsaslanaraq verir”.
Bağçaların tikilməsi bələdiyyə üçün priortetli istiqamətlərdən
biridir ki, bunu Marneulinin meri Zaur Darğallı da təsdiq edir və
deyir ki, bu baxımdan gələn il işlər planlaşdırılıb.
Marneulinin 3 saylı uşaq bağçasında müəyyən olunan artıq uşaq var.
Hər gün dayə, pedaqoq 40-a yaxın bəzən daha çox uşağı, uşaqları
belə sakitləşdirməli olur.
Mövcud vəziyyətdən narahat olan müəllim "Marneuli" radiosu ilə
problem haqda açıq danışır və deyir ki, kiçik yaşlı uşaqların
qupunda xüsusi problem var. Uşaqlar sərbəst yeyə və vacib
ehtiyaclarını özləri qarşılaya bilmirlər.
Qapıya isə kiçik masa qoyublar ki, qırx uşaqdan kimsə bayıra
çıxmasın. Belə vəziyyəti qrupda 2 nəfər idarə etməlidir.
Marneuli bələdiyyəsinin “Çiora” uşaq bağçası 280 uşaq üçün nəzərdə
tutulub. Bugünkü göstəricilərə əsasən isə siyahıda 475 uşaq
var.
"Marneuli" Radiosu