Meriya Marneulidə meydança yaradılması üçün 15 069 lari ayırıb
Meriya sakinlərin təşəbbüsü əsasında Marneulidə, Rustaveli küç. 3 ünvanında yerləşən binanın qarşısında meydança yaratmağı planlaşdırır.
Marneuli yerli özünüidarə orqanı tərəfindən elan olunmuş tenderə görə, meriya meydançanın yaradılması üçün 15 069 lari ayırıb.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, həmin ərazidə uşaqlar üçün attraksionların qurulması planlaşdırılır.

“Həmin ərazidə zibil qabları qoyulacaq, işıqlandırma və istirahət üçün skamyalar olacaq. Onu da qeyd etmək istəyirəm ki, artıq Kobuleti küçəsində belə bir meydançanın yaradılması işləri başa çatıb”, – Mariam Xaçidze deyir və əlavə edir ki, meriya başqa yerlərdə də belə istirahət meydançaları yaratmağı planlaşdırır.

Meriya Marneulidə, Rustaveli küç. 3 ünvanında yerləşən binanın qarşısında meydançanın yaradılması ilə bağlı tenderi 30 sentyabr tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 8 oktyabrdan 11 oktyabradək öz təklifləri ilə müraciət edə bilərlər.

"Marneuli" Radiosu
Print