2 saylı ictimai məktəb 2019-cu il Milli Müəllim Mükafatının qalibini təntənəli şəkildə qarşılayıb (+video)
2 saylı ictimai məktəb 2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Qiorqi Çauçidzeni təntənəli şəkildə qarşılayıb. Marneulili pedaqoq 5 oktyabrda Milli Müəllim Mükafatının qalibi elan edilib. Ona 10 000 lari mükafat veriləcək.

Qiorqinin çoxillik müəllimlik təcrübəsi var, ancaq o, Marneulidə 2012-ci ildən Şaumyani kəndinin 3 saylı ictimai məktəbində çalışmağa başlayıb. İndi isə o, Marneuli 2 saylı ictimai məktəbində gürcü dili və tarix müəllimi olaraq çalışır.

Milli Müəllim Mükafatı müsabiqəsi Gürcüstanda artıq üçüncü dəfədir ki, keçirilir.

"Marneuli" Radiosu
Print