İctimai Hərəkat “Lelo”nun üzvləri Marneulili fəallarla görüşüblər

Bu gün, 9 oktyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində İctimai Hərəkat “Lelo”nun nümayəndələri Marneulili fəallarla görüşüblər.



"Marneuli" radiosu ilə söhbət zamanı Hərəkatın üzvü Nika Çerkezişvili qeyd etdi ki, görüşün əsas məqsədi bələdiyyədə olan problemlərin yerli əhalidən dinlənməsindən ibarətdir.

“Yerlilərdən onların problemi ilə bağlı baxışlarını dinləməliyik. Onlardan məlumat almalıyıq və problemin həll olunmasına yardımımızı təklif edək. Eləcə də görüşün məqsədi birgə oturub və həlli yollarını tapmaq və bunun vasitəsilə həyatımızı daha da mükəmməlləşdirməkdir”, – Nika Çerkezişvili deyir.

İctimai Hərəkatla görüş zamanı Marneulili fəallar nepotizm, gürcü dilinin bilmə səviyyəsi, kənd təsərrüfatı və başqa mövzulara diqqət yetiriblər.

“Lelo”nun nümayəndələri görüşdə bildiriblər ki, İctimai Hərəkata istəyi olan hər kəs üzv ola bilər. Onların sözlərinə görə qeyd olunan xarakterdə görüşlər Marneulidə davam etdirləcək.

Mamuka Xazaradze yeni “Lelo” hərəkatını 12 sentyabrda təsis edib.

"Marneuli" Radiosu

 

Print