Marneuli meriyasının ətrafının abadlaşdırılması planlaşdırılır
13:30 / 11.10.2019
Marneuli
bələdiyyəsinin yerli özünüidarə orqanı meriyanın ətrafını və 26 may
küçəsində yerləşən fəvvarəni abadlaşdırmağı
planlaşdırır.
Marneuli meriyasının ətrafının abadlaşdırılması/bərpası və 26 may
küçəsində yerləşən fəvvarənin bərpası işlərinin smeta sənədlərinin
hazırlanması üçün meriya 6 000 lari ayırıb.
Tenderin şərtlərinə görə, Marneuli meriyasının ətrafında
asfalt-beton örtüyünün çəkilməsi və avtomobil dayanacağının
işarələnməsi, meriya binasının fasadının təmiri, meriyanın
həyətində olan daş örtüyün yenilənməsi, həyətin girişinə şlaqbaumun
qoyulması və meriya ərazisindəki meydançanın abadlaşdırılması
planlaşdırılır.
Yerli özünüidarə tenderi 10 oktyabr tarixində elan edib. Tenderdə
iştirak etmək istəyən şirkətlər 16 oktyabrdan 18 oktyabradək öz
təkliflərini təqdim edə bilərlər.