Tbilisiyə gedən sərnişinlər üçün həftənin əvvəlində marşrutkalar yetərli olmur
16:30 / 15.10.2019
Bu
gün, 15 oktyabr tarixində Marneulinin mərkəzi stadionunun
qarşısında onlarla adam eyni məqsədlə toplaşmışdı.
Onların hər biri Tbilisiyə təhsil almaq,
çalışmaq yaxud görüşlərdə iştirak etmək üçün gedirdi.
Vətəndaşlar dayanacaqda bir saatdan artıq gözləməli olurlar.
Maşrtular saxlanan kimi yenidən dolur və sərnişinlərin böyük
hissəsi yenə də yersiz qalır. Bizimlə söhbət zamanı sərnişinlər
qeyd etdilər ki, onlar maşrrut sistemindən narazıdırlar.
“Mən buraya təqribən bir saat əvvəl gəlmişəm. Burada
artıq əhali toplanmışdı və bir marşrutka gəldi, adamlar yer tutmaq
üçün bir-biri ilə fiziki mübahisə edirdilər. Sonra bir marşrut da
gəldi və eyni hal təkrar olundu. Yer tutmaq üçün mübahisə etmək
istəməyən adamlar isə yersiz qaldı”, - Marneuli
sakini Cozep Aleksander Smit deyir.
“Çox dəhşətli vəziyyətdir, hər gün gecikirlər və bəzən
heç burada durmurlar da”, – Marneulili tələbə
deyir.
Hadisə yerində getdiyimiz zaman nəqliyyat şirkətinin nümayəndəsi
"Marneuli" radiosuna müsahibə verməkdən çəkindi, amma şəxsi söhbət
zamanı bildirdi ki, hər həftənin əvvəlində dayanacqda belə vəziyyət
olur, çünki tələbələr Tbilisiyə qayıdırlar, başqaları isə işə
tələsir. Şirkət nümayəndəsinin sözlərinə görə, narahatçılıq
sərnişin sayının çox olmasına görə yaranıb, həftənin digər
günlərində isə sərnişinlər adi ritmlə hərəkət edirlər və marşrutlar
20 dəqiqədən bir çalışır.