Appelasiya Məhkəməsi Marneulili fəalın qardaşını iş yerinə geri qaytarıb
Bir neçə ay əvvəl praktiki olaraq işini itirən Marneulili fəal Qiorqi Mumladzenin qardaşı Manuçar Mumladzeni Apellasiya Məhkəməsi geri işinə qaytarıb. Qiorqi Mumladze bu haqda məlumatı öz Facebook səhifəsində yayımlayıb.




Manuçar Mumladze 12 ildir davamlı şəkildə Qırmızı Körpü İdarəsində sərhədçi olaraq çalışıb. Onu işindən azad edərək Mestiya İdarəsinə təyin ediblər.

Qiorqi Mumladze qardaşının Marneulidən Mestiyaya keçirilməsini 20 iyun hadisələrində özünün fəal iştirak etməsi ilə əlaqələndirir. Qiorqi Mumladzenin sözlərinə görə Mestiya İdarəsinə keçirilmək faktiki olaraq işsiz qalmaq deməkdir, çünki orada qaldığı halda verdikləri əmək haqqı yarıya bölünür. Qiorqi Mumladze “Marneuli” radiosuna verdiyi müsahibəsində bildirir ki, ədalət uğrunda mübarizəyə bir neçə ay bundan əvvəl başlayıblar.

“Real olaraq biz aktın dayandırılmasını tələb edirdik. Mənim qardaşımın bir yerdən digər yerə keçirilməsi ilə bağlı sərəncamı Appelasiya Məhkəməsi iş müzakirə olunana qədər dayandırdı. Appelasiya müzakirə apardı və dedi ki, akt qeyri-qanuni olaraq verilib və verildiyi şəxsə zərər vurur”, – Qiorqi Mumladze deyir və bildirir ki, bir neçə günə sərhəd polisi Manuçar Mumladzenin ilk iş yerinə qayıtmasını təmin edəcək.



Manuçarın Mestiyaya keçirilməsini 1 avqustda biliblər. Manuçar Mumladze Mestiya İdarəsində artıq üç aydır ki, çalışır.

"Marneuli" Radiosu
Print