“Məşqçilərin və qrupların sayı güman ki, sünii şəkildə artırılıb” – Dövlət Audit Xidməti Marneulinin “İdman Məktəbi” haqqında

“İdman məktəbində qrupların məşq prosesinin keçirilməməsinin davamlı xarakter daşıması, məşqçilər və qrupların sayının sünii şəkildə artırılması riski var”, – Marneuli bələdiyyəsinin 2017-2018-ci illərin büdcəsi ilə nəzərə alınmış proqramların uyğunsuzluğu haqqında Audit Xidmətinin hesabatında qeyd olunub.



Audit Xidməti 2019-cu ilin aprel ayında, təsadüflük prinsipi ilə, Marneulinin “İdman məktəbinin” bir neçə qrupunda yoxlayış keçirib. Yoxlayış nəticəsində Audit Xidməti “İdman məktəbi”nin fəaliyyətində bəzi uyğunsuzluqlar aşkarlanıb.

19 aprel tarixində İdman məktəbinin zalında eyni zamanda 5 məşqçinin rəhbərliyi ilə, cüdo üzrə 5 qrupun məşqi keçirilməli idi, ancaq zalda yalnız bir qrup var idi.

“Məsuliyyətli şəxsin izahatına görə, iki məşqçi Tbilisi şəhərində yarışlarda idi, ikisinə isə məşqi keçirmədiyinə görə şifahi xəbərdarlıq verilib. Bundan əlavə zalın sahəsindən dolayı Audit qrupunun fikrincə 5 qrupun eyni zamanda məşq edə bilməməsi riski var”, – Dövlət Audit Xidmətinin hesabatında qeyd olunub.

Auditin hesabatında başqa pozuntulardan söhbət gedir. Məsələn, 17 və 19 aprel tarixlərində Marneulinin mərkəzi stadionunda 4 futbol komandasının məşqi keçirilməli idi, amma heç biri keçirilməyib. 17 apreldə Didi Dioqnisi kəndində oxatanlar qrupunun məşqi keçirilməyib. Məsuliyyətli şəxsin izahatına görə, məşq şifahi razılaşma əsasında başqa günə keçirildiyinə görə baş tutmayıb. Həmin gün bədii gimnastika məşqlərində 30 uşaq əvəzinə 3 uşaq iştirak edirmiş.

Bizimlə söhbət zamanı Marneuli “İdman məktəbinin” direktoru İaqo Naveriani bildirir ki, Audit Xidməti 2017-2018-ci ilin göstəriciləri ilə bağlı araşdırmaya başlayıb və buna görə İdman məktəbi onlara 2018-ci ilin məşqlərinin cədvəlini göndərib.

“2018-ci ilin sənədlərini istədilər və məşqlərin keçirilməsi ilə bağlı 2018-ci ilin cədvəlini verdik, düşündüm ki, bu ili yoxlamaq istəyirlər. Onlar 2018-ci ilin qrafiki ilə 2019-cu ilə gəliblər, bu da ki, əlbəttə uyğun gəlməyəcək”,
– İaqo Naveriani deyir.

Auditə əsasən İdman məktəbində 19 növ üzrə 56 qrup açılıb və 55 məşqçi işlə təmin olunub, 1 902 yetirmə məşq edir.

İdman məktəbinə 2017-2018-ci illərdə Marneuli bələdiyyəsi tərəfindən subsidiya olaraq 2 026 200 lari verilib və bu deməkdir ki, bələdiyyə tərəfindən “Marneuli İdman Məktəbi”nin fəaliyyəti ilə bağlı müvafiq nəzarət mexanizmləri təyin olunmayıb.

"Marneuli" Radiosu

Print