Salome Qirianın "şəkərlə mübarizəsi"

Salome Qiria doqquzuncu sinifdə oxuyan zaman çəkisi azalmağa başlayır, müayinələr göstərir ki, onun diabeti var və insulin vurmalıdır.

Doqquzuncu sinif şagirdi üçün valideynləri vəziyyəti müəyyənləşdirənə qədər bunu eşitmək asan deyildi. Salome sinifdən çıxdıqda sinif yoldaşları başa düşmürdülər ki, o, niyə dərsdən çıxırdı. Salome başqa kabinetə keçməli, orada yemək yeməli və insulin vurmalı idi, buna görə dəfələrlə bulinq qurbanı olub, ancaq özünə vəd verib ki, bunların hamısına dözəcək və bacaracaqdı.

“Məktəbə qayıtdıqdan sonra daha da pis oldum və düşünürdüm ki, özümü yaxşı hiss etmirəm, sinif yoldaşlarım həmişə şübhə edirdilər ki, sinifdən niyə çıxırdım. Zəng çalınanda otağa girirdilər, bir dəfə elə oldu ki, iynə vuranda içəri girdilər, bir dəfə də yemək yeyən zaman məni gördülər, heç kimi günahlandıra bilmərəm vəziyyəti bilmirdilər və bəzən mənə gülürdülər və hətta narkoman da deyirdilər”, – Salome Qiria deyir. O, psixoloji baxımdan bir çox təzyiqlərə dözüb, ancaq ailəsi həmişə yanında olub və Salomenin ehtiyaclarını hamıdan çox onlar anlayıb.

“Atam məni bir illik Almaniyaya göndərdi. Deyirdi sən oraya gedib görəcəksən diabet olanlar necə yaşayır və başqa cür yaşayacaqsan. Məktəbi bitirəndə universitetə də qəbul olmadım, Almaniyaya getdim. Həm də elə ailəyə düşdüm ki, üzvlərdən biri diabet idi və bunların hamısını bir il ərzində yaxşı öyrəndim. Qayıdanda özümə söz verdim ki, hər şeyi bacaracam”, – Salome Qiria deyir.

Salome Qiria deyir ki, diabetlə yaşam elə də asan deyil, hər şeyə ayaq uydurmalısan, əgər bacarsan başa düşəcəksən ki, diabet hökm deyil.

Salome Qiria 7 il əvvəl Zuqdididən Marneuliyə köçüb. Onun məqsədi etnik azlıqlara gürcü dilini öyrətmək idi. Sabirkəndin ictimai məktəbində gürcü dili üzrə köməkçi müəllim olaraq çalışmağa başlayıb. Mühitə alışmaq elə də asan olmayıb. Əsas problem dil maneəsi idi. Geri qayıtmaq haqqında da düşünüb, ancaq dərk edib ki, uşaqların həyatını dəyişə bilər və şansı əldən verməyib.

Dünya diabet günü hər ilin 14 noyabrında qeyd olunur. Dünya diabet gününün əsası 1991-ci ildə, Beynəlxalq Diabet Federasiyası və Dünya Səhiyyə Təşkilatı tərəfindən qoyulub.

Dünya diabet günü BMT Tərəfindən (qətnamə 61/25) rəsmi beynəlxalq gün olaraq tanınıb.

Dünya diabet gününü qeyd etmək, diabetlə bağlı vacib problemləri əhatə edir və hökumət, ictimai təşkilat, əczaçılıq şirkətləri, həkimlərin gücünün birləşməsini göstərir ki, diabeti olanların vəziyyətini yaxşılığa doğru dəyişsinlər.

Dünya diabet günü 14 noyabrda Frederik Bandinqin doğum günündə qeyd olunur. O, Çarlz Bestlə birgə ilk dəfə insulini 1922-ci ildə kəşf edib.

Diabet günü dünyanın 160 ölkəsində qeyd olunur.

"Marneuli" Radiosu

Print