Marneuli Bələdiyyə Məclisi 2020-ci ildə 2019-cu illə müqayisədə 18 ton daha az yanacaq istifadə edəcək
14:26 / 11.12.2019
Marneuli
Bələdiyyə Məclisi 2020-ci ildə 2019-cu illə müqayisədə 18 ton daha
az yanacaq istifadə edəcək.
Bu
barədə Marneuli Bələdiyyə Məclisinin bu gün, 11 dekabr tarixində
baş tutmuş iclasında məlumat verilib.
Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridzenin iclasda
bildirdiyinə görə, Dövlət Audit Xidmətinin iradlarından birinin
yanacaqla bağlı olmasından irəli gələrək Marneuli Bələdiyyə Məclisi
yanacaq limitini azaltmağa qərar verib.
Qeyd edək ki, yanacağın limitinin azaldılması yalnız Bələdiyyə
Məclisinə aiddir, meriyada isə olduğu kimi qalacaq.
Xatırladırıq ki, Marneuli bələdiyyəsinin 2017-2018-ci il büdcəsi
ilə nəzərdə tutulmuş proqramların uyğunsuzluğu ilə bağlı audit
hesabatına görə, Marneuli meriyasının əməkdaşları xidməti
vəzifələrinin yerinə yetirilməsi üçün nəzərdə tutulan yanacağı
məqsədəuyğun şəkildə istifadə etməyiblər.
2017-2018-ci illərdə əməkdaşlar məzuniyyətdə olduğu günlərdə 9000
litrə qədər yanacaq sərf olunub. Bunun 3700 litri Marneuli
bələdiyyəsindən kənarda – Tbilisi, Telavi, Zestafoni, Zuqdidi,
Çakvi, Batumi və.s. yerlərdə istifadə olunub.
Audit Xidməti Bələdiyyə Məclisinə meriya ilə razılaşdıraraq,
tədbirlilik prinsipini nəzərə alaraq bələdiyyə avtoparkının yenidən
bölgüsü, həmçinin yanacaq bölgüsü və xərclənməsi ilə bağlı
Gürcüstan hakimiyyətinin sərəncamı ilə müəyyən olunmuş prinsiplərə
əsaslanan qaydalar hazırlamağı tövsiyə edib.