Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsində 5 694 000 lari qalıq qalıb
15:35 / 23.01.2020
Marneuli
bələdiyyəsinin 2019-cu il büdcəsində 5 694 000 lari qalıq
qalıb.
Bu haqda məlumatı bu
gün, 23 yanvarda baş tutan Bələdiyyə Məclisi iclasında meriyanın
Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov verib və bildirib
ki, qeyd olunan məbləğ sərbəst qalıq deyil və o, 2020-ci ildə
xərclənəcək öhdəliklər olaraq göstərilib.
“Bu qalıqla 2020-ci ilin büdcəsində öz öhdəliklərimizi
dəqiqləşdirməliyik. 5 694 000 laridən 988 106 lari hökumət
tərəfindən ayrılmış məbləğdən, köçürmələrdən qalıb. 2 530 lari öz
öhdəlikləri ilə bu ilə keçib. 988 106 laridən yalnız 19 616 larini
qanun çərçivəsində heç bir layihədə istifadə edə bilməyəcəyik və
geri qaytarmalıyıq, hüququmuz çatmır. Qalan köçürmələr isə
öhdəliklər üçündür. Kəndlərə dəstək proqramından da qənaət
nəticəsində 217 000-ə qədər məbləğ qalıb ki, üç layihənin həyata
keçirilməsi üçün Marneuli şəhərində, Tserakvi və Əzizkənddə idman
meydançasının qurulması üçün istifadə edəcəyik. İctimai məktəblərin
bərpasından qənaət olunan məbləğdən 2020-ci ildə istifadə
edəcəyik”, – Vüqar Məmmədov bildirib.
Vüqar Məmmədov məsələni təqdim edən zaman 2020-ci ilin büdcəsini
diqqətə yetirib və deyib ki, bugünkü vəziyyətə görə, Marneuli
bələdiyyəsinin büdcəsi 44 384 900 lari təşkil edir. Bundan 33 423
100 lari yerli özünüidarəetmənin vəsaiti çərçivəsindədir, 10 961
800 lari isə dövlət büdcəsindən köçürülən məbləğdir.
Bələdiyyə Məclisinin iclasını videodan izləyə bilərsiz: