Etnik azərbaycanlı
əhali məlumatsızdır, bunun əsasında kimi dəstəkləyəcəyini müəyyən
edir. Bu zaman əksəriyyət iqtidar partiyasına doğru
istiqmətlənir.
Bu o, səbəbdən
yaranır ki, hakimiyyət dövlətlə eyniləşir, əhali isə özünü dövlət
maraqlarını qoruyan kimi göstərmək istəyir. Prezident seçkilərinin
birinci turunun göstəriciləri ənənəvi görünüşü – etnik azlıqların
məskunlaşdığı regionda iqtidar partiyasının tamamilə üstünlüyünü
dəyişdi.
Mərkəzi Seçki Komissiyasının nəticələrin əsasən birinci turda
Marneulidə 90 məntəqədən 16 884 səs Salome Zurabişvili, 13 796 səs
isə Qriqol Vaşadze topladı. Şəhərdə açılmış 15 seçki məntəqəsindən
14-də Qriqol Vaşadze, birində isə Salome Zurabişvili qalib gəldi.
Kəndlərdə açılan seçki məntəqələrinə gəldikdə isə 49-da
Zurabişvili, 25-də isə Vaşadze qalib gəlib. Yuxarı Qullar kəndinin
nəticələri fərqli idi, orada Qriqol Vaşadze və Salome Zurabişvili
səslərin bərabər sayını 131-131 səs toplamışdılar.
Seçkiqabağı məlumat almağın yeganə vasitəsi namizədlərlə
görüşlərdir. Bunda isə əhalinin çox az hissəsi iştirak edir.
Siyasətçilərin əsas mesajları da məhz belə göreşlərdə səslənir.
Hakimiyyət partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Salome
Zurabişvili Marneuli sakinləri ilə görüşü zamanı ikili vətəndaşlıq,
dövlət dilinin tədrisi və ana dilinin qorunub-saxlanılması kimi
məsələlərə toxundu.
Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze isə Marneuli
seçiciləri ilə görüşündə dedi ki, burada da Gürcüstanın digər
yerlərində olan problemlər var. Etnik azlıqların ictimai-siyasi
həyata daha çox inteqrasiyası üçün Vaşadzenin baxışı isə gürcü
dilinin tədrisinin daha da gücləndirilməsinə bağlanır.
Seçki dövründə “Gürcü Arzusu” və “Milli Hərəkatın” üzvlərinin əsas
qayğısı eyni idi - əhaliyə digər partiyanın nə ilə pis olduğunu
göstərmək.
Daha ətraflı verlişin qeydini dinləyə bilərsiniz.