Qonağımızla "Lingua" təhsil mərkəzindən, təhsil və onun həyatında
təhsilin rolundan danışdıq.
Gülcahan Acalova bacısı ilə birlikdə 2 ildir fəaliyyət göstərən
"Lingua" təhsil mərkəzini yaradıblar.
Təhsil mərkəzini açmaqda tək məqsədləri öz biliklərini gənclərlə
bölüşərək onlara təhsili sevdirmək olub.
Gülcahan fərqlilikləri sevir və gənclər üçün hazırladığı
təlimlərdə, istərsə də dərs proqramlarında fərqliliklərə üstünlük
verir. O, gələcəkdə Marneulinin ətraf
bölgələrində də "Lingua"
təhsil mərkəzinin filiallarını açaraq gənclərə təhsil xidməti
göstərmək istəyir.
Gülcahan Acalova gənclərə yaxşılıqlarından qalmayaraq irəli
getmələrini, təhsilə önəm vermələrini və fərqlilikləri sevmələrini
arzu etdi.
Daha ətraflı məlumat üçün verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat
12:00-da. Verilişin təkrarını hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.