Verilişimizin bu günki, qonaqları “Aktiv Vətəndaş Məktəbi”
layihəsinin üzvləri və eyni zamanda İlia Dövlət Universitetinin
fəal tələbəsi Zakir Eyvazlı və Tbilisi Dövlət Universitetinin fəal
tələbəsi Gülgün Məmmədxanova oldu.
Qonaqlarımızla azad və aktiv
vətəndaş cəmiyyəti haqqında danışdıq.
Gülgün Məmmədxanova bidirdi ki, hər bir vətəndaşın dövlətə qarşı
öhdəliklərinin olduğu kimi, özünə qarşı da müəyyən öhdəlikləri var.
Hər bir vətəndaş öz hüquqlarını qorumağı bacarmalıdır.
Zakir Eyvazlı bildirdi ki, demokratik respublikada yaşayırıq və hər
bir vətəndaşın söz azadlığı var. İnsanlar bir vətəndaş kimi söz
azadlığından istifadə etməli, açıq sözlü olmalı və cəmiyyət üçün
faydalı addımlar ataraq özlərini qorxmadan ifadə etməyi
bacarmalıdırlar.
Onlar eyni zamanda gənclərə də aktiv olmalarını və cəmiyyət üçün
faydalı addımlar atmalarını arzu etdilər.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.