Bələdiyyənin üstünlüklər sənədi nədir
Marneuli bələdiyyəsi 2019-cu ilin sentyabrında üstünlüklər sənədi üzərində çalışmağa başlayıb. 150-yə yaxın könüllü xüsusən tərtib edilmiş sorğu anketi ilə bələdçilik edib və təsadüfi prinsiplə kəndlərdə 2020, şəhərdə isə 407 nəfərlə sorğu aparıb. Vacib komponentlərdən biri ailələlərə daxil olmaq və hər bir şəxslə sorğu aparmaq idi. Əhali 20-yə yaxın məsələdən 3 üstün istiqaməti seçmək imkanı var idi.

Marneuli bələdiyyəsi büdcə prosesinə sakinlərin qoşulması məqsədi ilə fəallıqlar, Milli-Demokratik İnstitutun (NDİ) dəstəyi ilə ilə yerli özünüidarəetmə proqramı çərçivəsində həyata keçirirdi. Qeyd etmək lazımdır ki, oxşar miqyasda sorğu Marneulidə ilk dəfə bu il keçirilib.

2019-cu ilin 28 noyabrında Marneuli meriyasında NDİ Marneuli bələdiyyəsinin 2020-ci ilin büdcə layihəsinin ictimai müzakirəsini keçirib. Özünüidarəetmə 2020-ci ilin büdcə layihəsi və 2020-2023-cü illərin üstünlüklər sənədini təqdim edib.


Bələdiyyənin üstünlüklər sənədi nədir - bələdiyyə üstünlüklərinin sənədi özünüidarə vahidinin inkişafının əsas planıdır ki, orada bələdiyyənin ortamüddətli inkişad planları haqqında məlumat verilib. Sənəd keçən dövrdə, eləcə də gələcək 4 il ərzində bələdiyyənin büdcəsindən maliyyələşdiriləcək əsas üstünlüklər və proqramlar haqqında məlumatdan ibarət olmalıdır.

Üstünlük sənədinin tərtib olunması/yenilənməsini əsasən yerli özünüidarəetmənin icraçı orqanı həyata keçirir. Bələdiyyənin üstünlüklər sənədinin hazırlanmasına rəhbərlik edən vəzifəli şəxslər və müvafiq xidmətlər diqqətli olmalıdırlar ki, bələdiyyənin üstünlüklər sənədi və müvafiq regional inkişaf strategiyası arasında uyğunluğu qorusunlar. Yerli özünüidarə vahidində hər növbəti ilin büdcə prosesi 1 martdan başlayır və bu zaman Gürcüstanın büdcə məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq bələdiyyənin meri bələdiyyənin üstünlüklər sənədinin tərtib edilməsi/yenilənməsi işlərinin təşkil edilməsi haqqında inzibati-hüquqi akt tərtib edəcək.

Bu metodologiya ilə müəyyən edilmiş işçi qrupu üstünlüklər sənədinin ilkin variantını hazırlayır və bələdiyyənin meri 15 avqusta qədər onu nəzərdən keçirir. Bələdiyyənin müvafiq büdcə təşkilatları və onlara daxil olan struktur vahidləri üstünlük sənədinin ilkin variantı çərçivəsində bəyənilən ayırı və rəqəmlərin sərhəd miqdarına əsasən büdcə müraciətləri üzərində çalışmağa başlayırlar.

Üstünlükər sənədinin müəyyən edilmiş üstün sahələr və onların maliyyələşdirilməsi dinamikası ilk növbədə bələdiyyənin ehtiyaclarına əsaslanmalıdır, yerli əhali ilə məsləhət əsasında təsdiqlənən problemlərin həllinin qayğısına qalınmalıdır. Üstünlüklərin maliyyələşdirilməsinin müəyyən edilməsi zamanı şəxsi və qüvvədə olan qanunvericiliklə bələdiyyələrə verilən səlahiyyətlər nəzərə alınmalıdır. Üstünlükər sənədinin gəlirlər hissəsinin proqnoz göstəricilərinə xüsusi diqqət ayrılmalıdır, konkret olaraq, real səfərbər edilməsi mümkün olan maddi resurslar mütləq nəzərə alınmalıdır ki, maddi resursun qeyri-real hesabların orta müddətli məqsədlər arasında təsvir edilməsi olmasın. Yerli özünüidarəetmələr üstünlükərin müəyyən edilməsi zamanı eləcə də ölkənin ümumi siyasətini, mərkəzi hakimiyyətin təsvir etdiyi üstünlükləri, ölkənin əsas mqəsəd və istiqamətləri sənədi ilə müəyyən edimiş orta müddətli göstəriciləri nəzərə almalıdırlar.

"Marneuli" Radiosu
Print