Satıcılar hesab edirlər ki, bazar ərazisində tikinti təhlükəsizlik qaydalarına riayət olunmadan aparılır
17:46 / 24.05.2019
Marneuli bazar ərazisində fəaliyyət göstərən
ticarət obyektlərinin sahibləri Ağmaşenebeli küçəsində obyektin
söküntüsünə və yeni obyektin tikintisinə etiraz
edirlər.
Onların sözlərinə görə, təxminən 10 gündür ki,
həmin ərazidə söküntü işləri aparılır və insanların təhlükəsizliyi
üçün də heç bir tədbir görülməyib.
"Qazıntı işi aparan traktorun işlədiyi vaxt dəmir
parçasının insanların üzərinə düşürdü" - orada
çalışanlar bildirdilər.
Ticarətçilər onu da bildirirlər ki, "tikiləcək olan
obyektin qazıntı işləri insanların hərəkət etdiyi zolağa qədər
qazılıb. Qazıntı onların işinə də mane olur və müştəri qıtlığı
yaşayırlar".
Onu da əlavə etdilər ki, tikintini aparan sahibkara xəbərdarlıq da
ediblər. Bildiriblər ki, onların və orada işləyən əhalinin fikrini
də nəzərə alsın. Satıcılar sahibkarın onların fikirlərinə əhəmiyyət
vermədiyini və tikinti işlərinə davam etdiyini bildirirlər.
O, ərazidə telofon mağazaları, marketlər, ət dükanı, meyvə və
tərəvəz satan satıcılar var. Bundan başqa ərazidən taksi dayanacağı
kimi də istifadə olunur.
Biz məsələyə aydınlıq gətirmək üçün Marneuli bazarının meneceri ilə
əlaqə saxladıq. O, bildirdi ki, həmin ərazi onlara məxsus deyil,
şəxsi mülkdür.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166