“Qalib Gürcüstan” məhkəməyə İrakli Okruaşvilinin azadlığa buraxılması qarşılığında yarım milyon larilik girov təklif edir
15:32 / 12.09.2019
“İrakli Okruaşvilinin dostları
olaraq, məhkəməyə 500 000 lari girov təklif etməyə qərar
verdik”, – bu barədə “Qalib Gürcüstan” partiyasının
liderlərindən biri olan Quram Çalaqaşvili mətbuat konfransında
bəyan etdi.
Quram Çalaqaşvilinin dediyinə görə, İrakli Okruaşvilinin həbs
işindən bəllidir ki, onun həbs edilməsində şəxsən “Gürcü Arzusunun”
sədri Bidzina İvanişvilinin maraqlıdır.
“Okruaşvili İvanişvili iqtidarına ciddi təhlükə
yaratdığı üçün onu yalançı şahidlərin ifadəsi ilə, həbs etdirdilər.
Məhz bu səbəbə görə, məhkəmə heç bir təklifimizlə razılaşmır.
Belə bir məbləğ əvəzinə biznesmenlər Mamuka Xazaradze və Avto
Tseretli azadlığa buraxıldılar, ancaq İvanişvili İrakli
Okruaşvilinin onun iqtidarını siyasi zibilxanaya göndərə
biləcəyindən qorxduğu üçün, onu həbsdə saxlayır”,
–Quram Çalaqaşvili deyib.