Meriya Marneulidə fəaliyyət göstərən təşkilatlar arasında mini futbol yarışı təşkil etməyi planlaşdırır

Marneuli meriyası rayonda fəaliyyət göstərən təşkilatlar arasında mini futbol turniri təşkil edəcək.



Yarış 23 sentyabr Avropa İdman Həftəsi çərçivəsində keçiriləcək və yarışda yalnız Marneuli bələdiyyəsi ərazisində fəaliyyət göstərən təşkilatların komandaları iştirak edə biləcək.

Qeyd olunan məlumat Marneuli meriyasının rəsmi “Facebook” səhifəsində bu gün, 13 sentyabr tarixində yayımlanıb.

Meriyanın məlumatına görə, çempionatda iştirak etmək istəyən komandalar Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman və Gənclər şöbəsinə ərizə ilə müraciət etməli və ya ərizələrini CLOAKING elektorn poçtuna göndərməlidirlər.

"Marneuli" Radiosu

Print